Yasamal sakinləri təhlükə ilə üz-üzədir
Məlahət Rzayeva
08:43 12.03.2020
Cəmiyyət
1139
Binanın yaxınlığında tikinti davam etsə də, təhlükəsizlik hasarı yoxdur
Bina sakinləri - yaşlı, uşaq hər gün bu özülün, əslindəsə dərin uçurumun kənarı ilə addımlayır. Gecə vaxtı birisinin ayağı uçurumun kənarından sürüşsə, ordan salamat çıxacağını təxmin etmək çətindir
Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 84 saylı yaşayış binasının sakinləri real təhlükə ilə üz-üzədir. Məsələ burasındadır ki, son bir neçə il ərzində həmin ərazidə, həm də 84 saylı binaya bitişik artıq 7-ci hündürmərtəbəli bina tikilir. Binaların bir-birinə bu formada bitişik, yaxın tikilməsi sakinlərin təmiz hava, gün işığı, havanın normal sirkulyasiyası haqqını əlindən aldığı öz yerində, üstəlik real təhlükə mənbəyidir. Hazırda binanın yaxınlığında tikinti davam etsə də, təhlükəsizlik hasarı yoxdur. Halbuki əvvəlcə belə hasar vardı. Lakin küləkli havalarda qoruyucu hasar dağıldı, yenisi isə xeyli müddətdir ki, quraşdırılmır. Tikintisi aparılan bina üçün dərin özül qazılıb. Bina sakinləri - yaşlı, uşaq hər gün bu özülün, əslindəsə dərin uçurumun kənarı ilə addımlayır. Gecə vaxtı birisinin ayağı uçurumun kənarından sürüşsə, ordan salamat çıxacağını təxmin etmək çətindir.
Şəhərdə aparılan təmir-tikinti işləri zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsi artıq heç kimi təəccübləndirmir. Hər hansı tikinti meydançasının yanından başına daş və ya nəsə bir tikinti materialının düşmədən ötüb keçmək, sadəcə, şansa bağlı qalır. Tikinti meydançalarında təhlükəsizlik qaydalarına niyə riayət edilmir?
Məsələ ilə bağlı «Şərq»ə danışan Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirdi ki, tikintidə təhlükəsizlik qaydalarına riayət edilməsi başlıca şərtdir:
- Çox vaxt şahid oluruq ki, tikinti, təmir-abadlıq işləri zamanı ətraf toz-dumandı, natəmizlikdir, fəhlələr təhlükəli şəraitdə işləyir. Hündürmərtəbəli binalarda çalışanların təhlükəsizlik kəmərləri olmur, qoruyucu libaslardan istifadə etmirlər və s. Buna icraçı şirkətlər cavabdehdir. Paytaxtda az təmir-tikinti meydançası tapılar ki, orada təhlükəsizlik qaydalarına riayət edilmiş olsun. Tikinti aparılan ərazidə də, təmir işləri aparılan binaların ətrafı da xüsusi mühafizə hasarıyla əhatələnməlidir. Həm də əhatə dairəsi görülən işin həcminə uyğun olmalıdır. İcraçılar nəzərə almalıdırlar ki, hündürlükdən hansısa material aşağıya doğru düşəcəksə, hansı arealı əhatə edə bilər.
Buna uyğun da ətraf hasarlanmalıdır, xüsusi örtüklərdən istifadə edilməlidir. Xüsusən də əgər ətrafda yaşayış binaları varsa, təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə icra olunmalıdır. Binaların özülü qazılarkən dərin çuxurlar, yarğanlar əmələ gəlir. Tikinti meydançasının ətrafı mütləq hasarlanmalıdır ki, orada yaşayan sakinlərin, ətrafdan keçib gedənlərin həyatı risk altında olmasın. Fasad hissələr yenilənərkən də binalar germetik örtüklə qapadılmalıdır. Bu, həm fəhlələrin təhlükəsizliyi, həm də ətrafdan keçib-gedənlər üçün vacibdir. Tikinti aparılan ərazilər xüsusi vasitələrlə lazımi şəkildə qapadılmadığından insanların başına yuxarıdan hər cür tikinti materialı düşə bilər. Ehtiyatlı olmaq lazımdı. Tikinti işləri zamanı tikintidə ümumi təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Podratçı şirkət də təkcə fəhlələrin deyil, əhalinin də təhlükəsizliyini təmin etməlidir.
V.Tofiqli qeyd etdi ki, tikintidə təhlükəsizlik məsələlərinə Bakı şəhər İcra Hakimiyyəti də, yerli icra orqanları da, bələdiyyələr də cavabdehdir. Hər kəs öz sahəsində ciddi məsuliyyət daşısın. Yerli icra strukturları daim ərazilərdə monitorinqlər aparmalı və təhlükəli halların qarşısının alınmasını podratçı şirkətlərdən, iş icraçılarından tələb etməlidirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm
“Maşın” şou başlayır
11:41 18.05.2026
Şou
Tramp İranla bağlı onlarla görüş keçirdi: Narazıdır...
11:35 18.05.2026
Gündəm