Yol hərəkəti qaydalarına dəyişiklik: "Sarı kəsişmə toru" olacaq
Ayyət Əhməd
09:04 09.07.2019
Cəmiyyət
1120
Azərbaycanda yol hərəkətinin səmərəli şəkildə təşkili və yol hərəkəti iştrakçılarının təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsi üçün “Üfüqi nişanlanma qrupu”na yeni nişanlanma xətti - “sarı kəsişmə toru” daxil edilir.
Məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Hazırda üfüqi nişanlanma xətlərinə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi zolaqlar daxildir.
Yeni layihədə isə bu zolaqlarla yanaşı, “əlil” tanınma nişanı ilə təchiz edilən nəqliyyat vasitələri üçün ayrılmış duracaq yerini göstərən nişanlanma xətləri və yolun hərəkət hissələrinin kəsişmə yerini göstərən nişanlanma xətləri əlavə edilib.
Hazırkı qanuna görə, yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrininin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və kəsişmə yerlərinə girməsi qadağandır.
Yeni layihəyə görə isə sadalanan hallarda sürücünün qeyd edilən yolayrıcına və 1.25 nişanlanması ilə göstərilmiş, yəni “sarı kəsişmə toru” olan yerlərə daxil olması qadağandır.
Yolayrıcının “sarı kəsişmə toru” ilə işarələnməsi həm sürücülərin bu qaydaya daha ciddi riayət etməsinə, həm də bu sahədə törədilən inzibati xəta hallarının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinə, müvafiq cərimələrin tətbiqinə imkan verəcək, yol ayrıcılarında qəzaların baş vermə ehtimalını azaldacaq.
Qeyd edək ki, bu yol nişanlanması hazırda nəqliyyat infrastrukturunun sürətli inkişaf etdiyi Böyük Britaniya, Türkiyə, Kanada, İndoneziya, Sinqapur, Rusiya kimi ölkələrdə, ABŞ-ın bir çox ştatlarında uğurla tətbiq edilir.
Layihədə təklif edilən digər yenilik "Məlumatverici-göstərici nişanlar" qrupuna “Daimi sağa dönmə!” nişanının əlavə edilməsi olub.
Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm