Zəngəzur və Qarabağ bölgəsi həssas zonadır
Yusif Nəzərli
08:52 14.01.2022
Cəmiyyət
431
Burada baş verən hadisələri işıqlandırarkən son dərəcə diqqətli, dəqiq olmaq lazımdır
Azərbaycanda jurnalist cərimələnib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmalar nəticəsində media nümayəndəsi İbişbəyli Fikrət Fəraməz oğlunun Şuşa şəhərinin Xankəndidən atəşə tutulması barədə həqiqətə uyğun olmayan məlumatı özünə məxsus “jamaz.info” xəbər saytında yerləşdirməsinə görə 12 yanvar 2022-ci il tarixdə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmaqla, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib, Sabunçu Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə Fikrət İbişbəyli barəsində 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərini bir daha öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə riayət etməyə dəvət etməklə bildirir ki, dəqiqləşdirilməmiş, həqiqətə uyğun olmayan, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş informasiyaların qərəzli surətdə yayılmasına görə bundan sonra da qurum tərəfindən qəti tədbirlər görüləcək.
Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, bu kimi xəbərlərin dəqiqləşdirilməmiş yayımlanması ilə bağlı dəfələrlə çağırışlar edilib.
“Azərbaycanda müstəqil və peşəkar medianın kifayət qədər oturuşmuş tarixi var. Artıq 30 ilə yaxındır ki, Azərbaycan mediası müstəqil fəaliyyət göstərir. Onun qanunvericilik hüquqi bazası və media işçilərinə istiqamət verən etik kodeksi mövcuddur. Bu 30 il müddətində qazanılan təcrübə imkan verir ki, özünü jurnalist adlandıran şəxslər faktın, məlumatın dəqiqləşdirildikdən sonra yayılması prinsipini bilmiş olsunlar. Eyni zamanda Azərbaycanda 20 ilə yaxındır ki, sosial media da fəaliyyət göstərir. Burada da dəqiqləşdirilməmiş faktların yayımına məhdudiyyətlər qoyulur. Bununla bağlı bizim qanunvericiliyimizdə açıq müddəalar var. Eyni zamanda jurnalistlərin peşə davranış qaydaları yayımına məhdudiyyət qoyulan, yaxud həssas yanaşılması vacib olan informasiyaların cizgilərini dəqiq formada cızır. Azərbaycanın hüquq-mühafizə orqanları, müvafiq dövlət qurumları dəfələrlə çağırışlar ediblər ki, dəqiqləşdirilməmiş, cəmiyyətdə ajiotaj yaradan, qeyri-obyektiv informasiyaları yayımlamasınlar, çəkinsinlər”.
Müşfiq Ələsgərli qeyd edib ki, jurnalistin birdən-birə yüksək məbləğdə cərimələnməsi arzuolunan deyil:
“Bizim Zəngəzur və Qarabağ bölgəsi işğaldan yenicə azad olunub. Hələ ki bura həssas zonadır. İnsanlar burada baş verən hadisələri çox həssaslıqla izləyirlər. Belə bir dövrdə özünü jurnalist adlandıran şəxsin bu bölgədən olan informasiyalardan manipulyativ istifadə etməsi, əlbəttə ki, yolverilməzdir. Düzdür, jurnalistin birdən-birə yüksək məbləğdə cərimələnməsi arzuolunan deyil. Ancaq nəzərə almalıyıq ki, bununla bağlı artıq bir neçə ildir ki, hüquq-mühafizə orqanları çağırışlar edirlər və bu cür xəbərləri dəqiqləşdirməyi tövsiyə edirlər. Bu gün əgər biz jurnalistin 500 manat məbləğində cərimələnməsinə görə narahatlıq keçiririksə sabah o cür yanlış, qeyri-dəqiq, kiminsə sifarişinə uyğun olaraq hazırlanmış informasiyalar cəmiyyətdə təlatümlər törədə bilər. Və bütövlükdə ağır ziyan vura bilər. Hesab edirik ki, bu məsələni bizim digər jurnalistlər də görməlidirlər və bundan sonra dəqiqləşdirilməmiş informasiyaları yaymamalıdırlar. Əgər jurnalist bunu etmirsə, deməli o, həm peşə davranış qaydalarını, həm də qanunvericiliyin tələblərini pozur”.
Sənan İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur