Dünyanın gözü Bakıda: bu liderlər çıxış edəcək
12:50 05.11.2024
COP29
650
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi noyabrın 12-dən 13-dək COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər.
Axar.az xəbər verir ki, bu tarixlərdə dövlət və ya hökumət başçıları milli bəyanatlarla çıxış etməyən tərəflər, 19-20 noyabr tarixlərində keçiriləcək yüksək səviyyəli bərpa olunmuş seqmentdə bunu edə biləcəklər.
Sammitin ilk günündə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Serbiya Prezidenti Aleksandr Vuçiç, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Polşa Prezidenti Andjey Duda, Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus Prezidenti Aleksandr Lukaşenko, Bolqarıstan Prezidenti Rumen Radev, Finlandiya Prezidenti Aleksandr Stubb və Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və digərlərinin çıxışları gözlənilir.
Həmçinin İspaniya Baş naziri Pedro Sançes, Belçikanın Baş naziri Aleksandr De Kroo və Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniyanın Kansleri Olaf Şolts və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman bin Əbdüləziz Əl-Səud bəyanatlarla çıxış edəcəklər.
Noyabrın 13-də dövlət və hökumət başçılarının çıxışları davam edəcək. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri, Monqolustan Prezidenti, Braziliya, Tanzaniya və Anqolanın vitse-prezidentləri, Yunanıstan, Xorvatiya, Malta, İtaliya, Gürcüstan, Macarıstan, Albaniya, Pakistan, Rusiya, Niderland, Danimarka və digər ölkələrin Baş nazirləri çıxış edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi