
Analitik: Duqinin sərt açıqlamaları Kremlin rəsmi mövqeyi deyil
13:48 16.12.2024
Dünya
443
Putin Rusiya-Türkiyə münasibətlərinin bundan sonra da normal məcrada davam etdirilməsinə üstünlük verəcək
Rusiyalı politoloq Aleksandr Duqin Suriyada Bəşər Əsədin devrilməsi ilə bağlı paylaşımında “Əvvəllər etmədiyimizi edəcəyik, peşman olacaqsınız” deyərək Türkiyəni və prezident Ərdoğanı hədələyib. Suriyada Bəşər Əsədin devrilməsi ilə bağlı qəzəbli paylaşım edən rusiyalı politoloq baş verənlərdə Türkiyəni və prezident Rəcəb Tayyib Ərdoğanı ittiham edərək təhdid edib. Duqin Suriyadakı son hadisələrlə bağlı bu fikirləri işlədib: "Suriya Ərdoğan üçün tələ oldu. Strateji səhv etdi. Rusiyaya xəyanət etdi. İrana xəyanət etmişdi. Məhv oldu. İndi Mustafa Kamalın Türkiyəsinin sonu başladı, biz sizə dəstək olduq. İndiyə qədər. Bundan sonra tövbə edəcəksiniz". O, ikinci paylaşımında isə deyib ki, əvvəllər etmədiklərini edəcəklər, peşman olacaqlar: "Amma çox gec olacaq". Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının təmsilçisi Eyüp Gökhan Özekin Duqinin qalmaqallı paylaşımına reaksiya verib: "Avrasiyaçıların "Roma Papası" Aleksandr Duqin çardaqdan çıxdı. İndi içəridəki "milli" maskalı rus və iranlı tərəfdarların da əli qana bulaşmış olar. Buyurun, bu millət Ərdoğanın "yeyilməsinə" imkan verməz. Türkiyə böyük tikədir, boğazınızda qalar".
Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, bəziləri rusiyalı analitikin Ərdoğanın ünvanına səsləndirdiyi hədəsini Rusiya dövlətinin Duqinin ağzı ilə dilə gətirilən mövqeyi kimi qiymətləndirir. Lakin əvvəllər Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamı kimi tanınan və hətta "Putinin beyni" adlandırılan Duqin artıq xeyli vaxtdır ki, Kreml ilə ünsiyyət saxlamır:

"Deyilənlərə görə, Putinin ona qarşı münasibəti mənfiyə doğru dəyişib. Yəni bu gün Duqini Kremlin qeyri-rəsmi sözçüsü hesab etmək doğru deyil. Məsələyə bu kontekstdən yanaşsaq, deməli, Duqin sadəcə, sıradan bir rus şovinisti kimi öz emosiyalarına hakim ola bilməyərək, Türkiyənin əleyhinə sərsəm fikirlər səsləndirib. Vaxtilə Rusiya-Türkiyə münasibətlərinin daha sıx inkişafından dəm vuran bir analitikin bu gün daban-dabana zidd fikirlər səsləndirməsi ilk baxışdan həqiqətən anormal görünür. Lakin Duqin kimi aqressiv dünyagörüşlü, ifratçı bir şəxsdən birdən-birə bu cür köklü mövqe dəyişkənliyini görmək qətiyyən təəccüblü deyil".
B.Mirzəyevin qənaətincə, amerikalı siyasi şərhçi və hərbi ekspert Skott Ritterin Türkiyəni müdafiə məqsədilə səsləndirdiyi fikirlər Duqin kimi rus nasional-şovinistlərinə də, Türkiyəni ittiham edən İran rəsmilərinə də tutarlı cavabdır:
"Ritter deyib ki, Əsədin devrilməsində Türkiyəni günahlandıranlar əslində hədəfi səhv seçiblər, onlar Türkiyəni yox, Rusiya və İranın özünü qınamalıdırlar. Çünki məhz Rusiya və İranın yanlış və məkrli siyasətləri sonda Əsədin devrilməsi ilə nəticələndi. Ritterin bu yanaşması öz rasionallığı və soyuq məntiqi ilə yəqin ki, Moskva və Tehrandakı bütün isti başları dərindən düşünməyə vadar edəcək. Dünya Duqin kimi isterik şəxslərin ümidinə qalsa, bir gündə məhv olar. Lakin Putin Rusiya-Türkiyə münasibətlərinin bundan sonra da normal məcrada davam etdirilməsinə üstünlük verəcək. Çünki Rusiyanın başqa yolu yox!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət