AİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıb
11:40 20.12.2024
İqtisadiyyat
539
Avropa İnvestisiya Bankı (AİB) Azərbaycanda ilk dəfə olaraq dövlət sektorunda rəqəmsal infrastrukturun inkişafı üçün kredit ayırıb.
Bu barədə "APA-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-dən bildirib.
“AzInTelecom”un iki yeni Data Mərkəzinin tikintisi üçün sərf olunacaq kreditin məbləği 43 milyon avro təşkil edib. Layihənin məqsədi dövlət şirkəti tərəfindən təqdim olunan “bulud” xidmətlərini daha da genişləndirmək və əlçatan etməkdir.
Dekabrın 20-də kredit sazişinin təsdiqlənməsi ilə bağlı “AzInTelecom” MMC-nin inzibati binasında imzalanma mərasimi keçirilib.
Layihə ilə bağlı AİB-nin vitse-prezidenti Teresa Çervinska Azərbaycanın dövlət sektoruna ilk kredit dəstəyini rəsmiləşdirməkdən məmnun olduqlarını bildirib: “Məlumat əlçatanlığının təkmilləşdirilməsi və davamlı rəqəmsal transformasiyanın təşviqi Avropa İnvestisiya Bankının əsas prioritetləri sırasındadır. İnnovasiya və şəffaflığa yönəlmiş bu sərmayə təkcə dövlət idarəçiliyinin müasirləşdirilməsinə deyil, həm də davamlı iqtisadi artıma və sosial tərəqqiyə töhfə verəcəkdir”.
Azərbaycan tərəfdən müqaviləni imzalayan “AzInTelecom” MMC-nin İdarə Heyəti sədri vəzifəsini icra edən Elxan Əzizov bildirib ki, bu layihə ölkədə gedən rəqəmsal transformasiyaya mühüm təkan verəcək: “Bu layihənin reallaşması ilə istər kiçik, istər böyük qurumlar üçün bulud xidmətləri daha əlçatan olacaq. Təbii ki, bu da öz növbəsində Azərbaycanda rəqəmsal ekosistemin inkişafına birbaşa müsbət təsirini göstərəcək. Onu da qeyd edim ki, Abşeron və Hacıqabul rayonlarında tikilməsi nəzərdə tutulan hər iki Data Mərkəzin inşası yaşıl texnologiyalar əsasında aparılacaq”.
Qeyd edək ki, bu təşəbbüs Avropa İttifaqının Şərq Tərəfdaşlığı üçün İqtisadi və İnvestisiya Planına (EIP), eləcə də “Global Gateway” strategiyasına uyğun olaraq həyata keçirilir. Eyni zamanda Avropa İttifaqının regionda dayanıqlı inkişafı və rəqəmsal transformasiyanı təşviq etmək öhdəliyini vurğulayır.
“AzInTelecom” MMC Azərbaycanın ən böyük “bulud” provayderi, Cənubi Qafqazda isə Data Mərkəzləri ilə bağlı beynəlxalq nüfuzlu “TIER 3” sertifikatını alan ilk qurumdur. Şirkət hazırda Bakı və Yevlax şəhərlərində yerləşən Data Mərkəzləri üzərindən dövlət və özəl sektorda 200-dən çox quruma “bulud” xidmətləri göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm