
Makron bir diktatura ovqatındadır - RƏY
Yusif Nəzərli
07:27 14.01.2025
Siyasət
587
Bloger əlcəzair əsilli, qeyri-fransız olduğu üçün ona qarşı belə ayrıseçkilik edilir
Yaşayış icazəsi ilə Fransanın cənubundakı Monpelyedə yaşayan bloger Boualem Sansalı yanvarın 4-də TikTok kanalında “Fransa ərazisində zorakılıq hərəkətlərinə çağırış” ittihamı ilə həbs edilib. O, deportasiya edilsə də Əlcəzair onu geri göndərib. Qayıdandan sonra o, Seine-et-Marne departamentindəki müvəqqəti saxlama məntəqəsinə yerləşdirilib.
Fransa daxili işlər naziri Bruno Retaillo Əlcəzairin deportasiya edilən əlcəzairli bloggeri qəbul etməkdən imtina etməsinin Fransanı alçaltmaq məqsədi daşıdığını deyib: "Əlcəzair məsələsinə görə biz son dərəcə narahatıq. Bu mövzuda əlimizdə olan bütün vasitələri nəzərdən keçirməliyik". Nazir əlcəzairlilərə verilən vizaların sayının azaldılması və Əlcəzairə maliyyə yardımının kəsilməsinin mümkünlüyü haqqında da danışıb. Hazırda yardımın məbləği 131,79 milyon avro təşkil edir. Bu da ÜDM-i 240 milyard avro olan ölkə üçün çox kiçik məbləğdir.

Media eksperti Azər Həsrət "Sherg.az"a açıqlamasında deyib ki, Fransanın ümumiyyətlə media və ifadə azadlığına münasibəti birmənalı olaraq kəskindir. Ekspert bildirib ki, Fransa rəsmiləri üzdə bir şey desələr də, arxada tamam fərqli işlərlə məşğul olurlar:
"Dünyanın hər tərəfində ifadə azadlığını müdafiə etdiyini iddia edir. Amma özlərinə çatanda jurnalistlərə, blogerlərə, istənilən media fəallarına qarşı ən sərt addımları atmaqdan çəkinmirlər. İndi Fransada yaşayan əlcəzairli blogerlə bağlı proses də o qəbildəndir. Fransa bir növ demək istəyir ki, "əgər bizim ölkədə yaşayırsınızsa, ölkə ilə bağlı tənqidi çıxışlar etməyəcəksiz, fərqli fikir yürütməyəcəksiz. Yəni bu, bir diktatura ovqatıdır. "Demokratiyanın beşiyi" olduğunu iddia edən, dünyaya demokratiya, azadlıq dərsi keçən Fransanın mahiyyəti budur. Blogerə qarşı münasibət də bu yanaşmadan qaynaqlanır. Əslində eyni çıxışları fransız etsəydi, Fransa dövləti ona tamam başqa münasibət sərgiləyərdi. Lakin bloger əlcəzair əsilli, qeyri-fransız olduğu üçün ona qarşı belə ayrıseçkilik edilir. Burada həm ifadə azadlığına dözümsüzlük, həm də milli-etnik kimliyə qarşı ayrıseçkilik var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm