Müğənninin ölüm səbəbi AÇIQLANDI
11:28 14.01.2025
Hadisə
297
Xəbər verdiyimiz kimi, Bakı kəndlərində müğənni və aparıcı kimi tanınan Rəsmiyyə Bakılı vəfat edib.
Sherg.az -ın "Qafqazinfo"ya istinadən məlumatına görə, onun ölümündən əvvəl Məmmədli qəsəbəsindəki modul tipli xəstəxanaya müraciət etdiyi, elə orada yeni yayılan virusdan öldüyü iddia olunur.
Bu barədə məlumat almaq üçün TƏBİB-ə müraciət ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, həmin şəxsin ölümünün ilkin səbəbi ağciyər arteriyasının tromboemboliyasıdır: “Yanvarın 11-i saat 03 radələrində 1965-cı il təvəllüdlü şəxs (qadın cinsli) Sabunçu Tibb Mərkəzinin tabeliyindəki Məmmədli Modul tipli Xəstəxananın Reanimasiya şöbəsinə kritik ağır vəziyyətdə hospitalizasiya olunub. İkitərəfli viral pnevmoniya, ürəyin işemik xəstəliyi, şəkərli diabet və çoxsaylı ağırlaşmalarla sözügedən şəxsə zəruri tibbi yardımlar göstərilib.
Göstərilən reanimasyon tədbirlərə baxmayaraq, 11 yanvar saat 05:00 radələrində şəxsin bioloji ölümü qeydə alınıb. Ölümünün ilkin səbəb kimi ağciyər arteriyasının tromboemboliyası qeyd olunur”.
Qeyd edək ki, Rəsmiyyə Bakılı Bakıətrafı kənd və qəsəbələrdə xınayaxdı və qadın məclislərini idarə etməsi ilə tanınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail 100 min hərbçini səfərbər etdi
21:02 01.03.2026
Dünya
Tramp: İran ABŞ-ın zərbələrindən sonra danışıqlar təklif edib
20:45 01.03.2026
Dünya
Oman və İran XİN rəhbərləri regiondakı gərginliyi müzakirə etdi
20:27 01.03.2026
Dünya
Tramp: İranın 48 lideri öldürülüb
20:10 01.03.2026
Dünya
Ərağçi: İranda rejim dəyişikliyi qeyri-mümkündür
18:55 01.03.2026
Dünya
Mahmud Əhmədinejad öldürülüb - YENİLƏNİB
17:49 01.03.2026
Dünya
Rusiya səfirliyi Azərbaycana təşəkkür edib
17:33 01.03.2026
Cəmiyyət
İranı İsrailin Beyt-Şemeş şəhərinə ballistik raketlə zərbə endirib
17:16 01.03.2026
Dünya
Türkiyə və İran XİN rəhbərləri arasında telefon danışığı olub
17:00 01.03.2026
Region
Putin Xameneinin qətlini pislədi
16:08 01.03.2026
Dünya
İlham Əliyev Pezeşkiana Xameneinin ölümü ilə bağlı başsağlığı verib
15:49 01.03.2026
Rəsmi
CIA Xameneinin yerini aylarla izləyərək müəyyənləşdirib
15:32 01.03.2026
Gündəm
Pit Heqset: "ABŞ İranla münaqişəyə başlamayıb"
15:00 01.03.2026
Dünya
Lamin Yamal futbol tarixinə düşdü
14:44 01.03.2026
Futbol
Azərbaycan və İran XİN başçılarının telefon danışığı olub
14:35 01.03.2026
Siyasət