ABŞ-nin BMT-dən çıxması fəlakət gətirəcək -RƏY
Yusif Nəzərli
01:51 14.03.2025
Dünya
483
Tramp bununla ərazi iddialarını gücləndirərsə, bu yaxşı olmayan nümunə Rusiyanı da həvəsləndirəcək
“Rusiya da itirdiyi torpaqlara yenidən qoşun göndərəcək və öz təsiri altına salmağa çalışacaq”
ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan üzvləri ölkənin Birləmiş Millətlər Təşkilatından çıxmasını və qurumun maliyyələşdirilməsinin dayandırılmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə təqdim etməyə hazırlaşır. Hakim partiyadan olan senatorlar bəyanat verərək, təşkilatın ABŞ-nin maraqlarına cavab vermədiyini açıqlayıb. ABŞ bundan sonra sülhməramlı missiyada da olmayacaq. ABŞ-də Hökumətin Səmərəliliyi Departamentinə rəhbərlik edən İlon Mask da ölkənin BMT və NATO-dan çıxması ideyasını dəstəkləyib. Respublikaçı senator Mayk Li deyib ki, söhbət ABŞ-nin BMT-dən və əlaqədar təşkilatlardan tamamilə çıxmasından gedir ki, bura həm də onların Vaşinqton tərəfindən maliyyələşdirilməsini dayandırması daxildir. Bundan əlavə, təşəbbüs BMT-yə Nyu-Yorkda rəsmi qərargahına sahib olmaq hüququnu verən sazişin ləğvini nəzərdə tutur. Həmçinin təsəbbüs BMT əməkdaşlarını ABŞ-də diplomatik toxunulmazlıqdan məhrum edəcək. “Fox News” bildirib ki, respublikaçı konqresmen Çip Roy Nümayəndələr Palatasına oxşar təklif verəcək. Royun fikrincə, BMT və onun strukturları amerikalıların maraqlarını irəli sürmür. ABŞ BMT-nin maliyyələşdirilməsinə görə birinci yerdədir. Məsələn, 2022-ci ildə bu, 18 milyard dollar təşkil edib. Normativ akt layihəsində həmçinin qeyd olunur ki, ABŞ bundan sonra BMT-nin sülhməramlı missiyalarında iştirak etməyəcək.
Politoloq Fuad Abbasov deyib ki, BMT-nin fəaliyyətsizliyi və sadəcə Təhlükəsizlik Şurasına daxil olmuş ölkələrin maraqları çərçivəsində fəaliyyət göstərməsi dəfələrlə gündəmə gətirilmiş məsələdir. Ekspert vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "dünya beşdən böyükdür" sözü ilə BMT-nin müasir dövrün çağırışlarına cavab vermədiyini ifadə edib:
"Azərbaycanla Ermənistan arasında 30 ildən çox davam edən münaqişədə BMT-nin 4 qətnaməsinin heç birinin icra edilmədiyini gördük. Təşkilatın Cənubi Qafqazda hansısa təsir gücünə malik olmadığı ortaya çıxdı. ABŞ Prezidenti D.Trampın dünya xəritəsini dəyişdirmək, yeni dünya nizamı yönündə müəyyən planları var. Ağ Ev rəhbəri müxtəlif ölkələrin ərazisinə göz qoyub. Görünür, öz planlarını sərbəst şəkildə reallaşdırmaq üçün ABŞ-nin BMT-də çıxması məqsədəuyğun görülüb. Ancaq Tramp ölkəni BMT-nin Təhlükəsizlik Şurasından çıxararsa və ərazi iddialarını gücləndirərsə, bu, yaxşı olmayan nümunə Rusiyanı da həvəsləndirəcək. Rusiya da itirdiyi torpaqlara yenidən qoşun göndərəcək və öz təsiri altına salmağa çalışacaq".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya