Çingiz Qənizadə: Koordinasiya Şurasının yaradılması problemlərin həllində effektiv rol oynayacaq
11:57 14.12.2023
Cəmiyyət
815
Nazirlər Kabineti cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının yaradılması, onun İş Qaydasının təsdiq edilməsi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsinin təmin edilməsinə, müvafiq sahədə həyata keçiriləcək qiymətləndirilməyə hazırlığın təşkil olunmasına və bu məqsədlərlə koordinasiya mexanizminin yaradılmasına dair bəzi tədbirlər haqqında” 21 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edib.
Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurası yaradılacaq.
Koordinasiya Şurası barədə qərarı “Sherg.az” üçün şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, qərar ilk verilən zaman Koordinasiya Şurasının yaradılması üçün müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu. Amma bu qərar 2020-ci ildə pandemiyanın tüğyan etdiyi üçün müəyyən dövlət qrumlarının iş fəaliyyətində problemlər var idi:
“Sözügedən mövzuda baş nazirin qəbul etdiyi qərar prosesin təşəkkül tapmış formada fəaliyyətinə şərait yaradacaq. Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi təkcə bir dövlətin problemi deyil. Bu səbəbdən də Koordinasiya Şurasının yaradılarkən bir çox dövlətlər və beynəlxalq təşkilatlarla əlaqəli fəaliyyəti planlaşdırılıb”.
Ç. Qənizadə Azərbaycanda yaradılacaq Koordinasiya Şurasının digər dövlətlərdə olan eyni qrumlarla əməkdaşlıq çərçivəsində xidmət göstərməli olduğunu söyləyib:
“Çünki bu cinayətləri yaradan hallar bir neçə ölkəni təhlükə altına alacaq şəraitdə baş tutur. Dünyada bu cür cinayətlər razılaşdırılmış şəkildə ən ağır cinayətlər kateqoriyasına aid edilir. Kütləvi qırğın silahları ilə bağlı məsələ bütün ölkələrin qabaqcıl problemlərindən birinə çevrilib. Belə cinayətlərin qarşısını tamamilə almaq mümkün deyil. Cinayətkarlar günü-gündən profisionallaşırlar. Onlar müasir texnologiyalardan istifadə edərək cinayət törədikləri üçün tapılmaları və tutulmaları çətinləşir. Yəni Koordinasiya Şurasının yaradılması problemi tam həll etməsədə, kibercinayətkarlıqla, qanunsuz pulların dövriyyəsi və çirkli pulların əldə olunması üçün kütləvi qırğın silahlarından istifadə edən təşkilatların qarşısının alınmasında effektiv rol oynayacaqdır. Əgər yaradılacaq şura digər ölkələrdə olan şuralarla əlaqəli şəkildə fəaliyyət göstərəcəksə, o zaman şübhəsiz ki daha çox uğur əldə edəcəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media