Azərbaycanlı hüquq müdafiəçiləri səslərini ucaltdı
Yusif Nəzərli
09:25 15.10.2021
Aktual
689
İran cənubdakı soydaşlarımıza qarşı etdiyi haqsızlıqların hesabını verməlidir
Azərbaycanda fəaliyyət göstərən insan hüquqları üzrə Birgə İşçi Qrupuna daxil olan bir qrup hüquq müdafiəçisi İranda soydaşlarımızın həbsi ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsi və “Amnesty İnternational” Təşkilatına müraciət ünvanlayıb.
Məsələ ilə bağlı "Şərq"ə açıqlama verən siyasi-şərhçi Turan Rzayev bildirib ki, bu, tarixi bir hadisədir. Analitik qeyd edib ki, cənubi azərbaycanlılar illərdir İranın antidemokratik totalitar rejiminin altında əzilir, kütləvi repressiyalara, təzyiqlərə məruz qalır:
"Cənublu soydaşlarımız öz doğma ana dillərində belə danışa bilmir. Fars dilini öyrənməkdən imtina edənlərə qarşı müxtəlif formada maneələr törədilir. Təbriz bu günə qədər Bakının çağırılmadan dəfələrlə köməyinə yetib. Birinci Qarabağ müharibəsi zamanı yüzlərlə cənublu soydaşımız könüllü şəkildə Qarabağa gələrək döyüşüb, qəhrəmanca şəhid və qazi olub. İran illərlə bu faktı Azərbaycana yardım adı altında təqdim etsə də realda həmin yardım Tehranın deyil, Təbrizin iradəsi ilə baş tutmuşdu. Cənublu soydaşlarımız İkinci Qarabağ müharibəsi zamanı da əllərindəki minimum imkanla ölkəmizə maksimum dəstək olub. İranın Ermənistana təmənnasız göndərdiyi silah və yanacaq dolu TIR-ların qarşısını kəsən, yandıran cənubi azərbaycanlılar bu müharibədə hər zaman olduğu kimi şimallı soydaşları ilə birlikdə olduqlarını nümayiş etdirdi. Bu gün məhz 44 günlük müharibə zamanı Azərbaycana yardım etdikləri üçün həbsdə olan onlarla cənubi azərbaycanlı soydaşımız var. 35 milyondan artıq cənubi azərbaycanlının taleyi müqəddəratı İranın antidemokratik rejiminin insafına buraxılmamalıdır. Rəsmi Tehran illərdir apardığı ikiüzlü siyasətin, eyni zamanda cənubi azərbaycanlılara qarşı etdiyi haqsızlıqların hesabını verməlidir. İndiki halda həbsdə olan cənublu soydaşlarımızın azadlığa buraxılması üçün əlimizdən gələni etməliyik".
T.Rzayev vurğulayıb ki, rəsmi Bakı bu günə qədər İran ilə xoş qonşuluq münasibətləri içərisində olub və rəsmi Tehrandan da bunu gözləyib:
"İranın şimali Azərbaycanın tarixi torpaqları olsa da rəsmi Bakı bunu qabardıb İrana qarşı torpaq iddiası ilə çıxış etməyib. Ancaq İranın yeni hakimiyyətinin Azərbaycanın daxili işlərinə kobud müdaxilələri və Azərbaycana qarşı irəli sürdüyü saxta ittihamlar rəsmi Bakının səbr kasasını artıq daşırıb. Azərbaycanda guya beynəlxalq terrorçuların varlığı haqqındakı ittihamlar səsləndirən İran bu gün rəsmi Bakını hərəkətə keçirib. Rəsmi Bakı ilk dəfədir ki, İranda siyasi məhbusların olduğunu beynəlxalq təşkilatlara bildirir. Əminəm bunun ardı gələcək. İran başa düşməlidir ki, əslində o, şirin quyruğu ilə o oynadı. Şirin quyruğu ilə oynayan da gec-tez bunun bədəlini ödəməlidir. Əminəm ki, rəsmi Bakının istəyi ilə Azərbaycanda fəaliyyət göstərən insan hüquqları üzrə Birgə İşçi Qrupuna daxil olan bir qrup hüquq müdafiəçisinin İranda soydaşlarımızın həbsi ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsi və “Amnesty İnternational” Təşkilatına ünvanladığı müraciət beynəlxalq ictimaiyyət tərəfindən geniş səs gətirəcək. Faktiki olaraq rəsmi Tehrandan narazı olan qüvvələr üçün bu, əvəzsiz fürsətdir. Bakı topu indi beynəlxalq ictimaiyyətin üzərinə ataraq İrana qarşı təzyiqin artırılmasını istəyir. Düşünürəm bu istiqamətdə bundan sonra da müvafiq addımlar atacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya
Avropa Jurnalistlər Federasiyası Paşinyanı sərt tənqid etdi
16:08 21.11.2026
Siyasət
Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
15:44 21.11.2026
Ekologiya
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
15:35 21.11.2026
Gündəm