Dünyanın ən qorxunc tayfası...
Yusif Nəzərli
09:47 15.10.2021
Tarix
1929
Yalilər əcnəbiləri qəbul etmirlər, amma onlar adamyeyən deyillər
Yalilər Yeni Qvineyada Papuada yaşayan bir tayfadır. Bununla birlikdə İndoneziyada da olan Yali qəbiləsi dünyanın ən qorxunc icmalarından biri olaraq da tanınır. Yali "Şərqdən gələn adam" mənasını verir. Ümumiyyətlə, Uzaq Şərq ölkələri olan İndoneziya və Papua Yeni Qvineya dünyanın ən qəribə və ən təhlükəli tayfasına ev sahibliyi edir. Dünyadan olduqca təcrid olunmuş şəkildə yaşayan Yalis tayfası öz qaydaları və ənənələri ilə həyatlarına davam edir.
Min illərdir demək olar ki, heç bir insanla təmas etmədən yaşayan Yali qəbiləsi zaman keçdikcə digər toplumlardan xeyli fərqlənib. Yalilərin yaşadığı kəndlərə çatmaq üçün saatlarla piyada getmək lazımdır. Çünki Yalilərin yaşadığı bölgələrə asfalt yol və ya hər hansı bir sivil nəqliyyat növü yoxdur. Hər şeyi kənardan bir təhlükə olaraq görən Yalis yaşadıqları bölgələrə gəlmək istəyənlər üçün də müxtəlif tələlər qurur. İndoneziya hökumətinin hətta 1960-cı ilə qədər çata bilmədiyi bir bölgədə yaşayan Yalilər müasir insanlarla və müasirliklə üzləşib. 1960-cı ilə qədər bölgə xalqının həyatı və tarixi haqqında demək olar ki, heç nə məlum deyil. Qəbilə haqqında bilinən ən əhəmiyyətli şey, xaricilər üçün çox qonaqpərvər olmamalarıdır. Yalilər dünyada qalan son yamyam qəbilələrindən biri kimi də tanınırlar. Ancaq bunun həqiqiliyi bu gün mübahisəlidir. Bölgəyə çatmağı bacaranların araşdırmaları və müşahidələri göstərir ki, yalilər əcnəbiləri qəbul etmirlər, amma onlar adamyeyən deyillər. Bəzi tapıntılar hətta Yalilərin vegetarian olduğunu göstərir. Ancaq hər iki hal hələ də sübuta yetirilməyib.
Onlar aksesuar olaraq insan sümüklərindən istifadə edirlər. Tapıntılar göstərir ki, yalilər son vaxtlara qədər müharibələrdə əsir götürdükləri düşmən tayfalarına mənsub olan insanları uzun müddət əsir saxlayırdılar və bu adamlardan bir daha xəbər alınmırdı.
Tədqiqatçılar ehtimal edirlər ki, Yalilər müqəddəs günlərində əsir düşmənlərini qurban vermiş ola bilərlər. Ancaq bu mövzuda hələ dəqiq məlumat yoxdur, çünki bölgədə hələ geniş araşdırma aparılmayıb. Məlum fakt budur ki, müqəddəs günlərində Yalilər əsir götürdükləri insanları öldürürlər, ancaq onları yeməsi faktı təsdiqlənməyib.
Qəbilə də öldürdükləri bu insanların sümüklərini aksesuar olaraq istifadə etməyi üstün tutur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya
Avropa Jurnalistlər Federasiyası Paşinyanı sərt tənqid etdi
16:08 21.11.2026
Siyasət
Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
15:44 21.11.2026
Ekologiya
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
15:35 21.11.2026
Gündəm
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
15:05 21.11.2026
Region