İlk hərbi təhsildən başlamaq lazımdır
Yusif Nəzərli
04:26 17.11.2021
Aktual
875
Ordunun türk modelinə keçidi bütün hərbi sistemə sirayət etməlidir
Türkiyə ilə Azərbaycanın təhlükəsizlik məsələləri bir-birindən ayrı düşünülməyəcək səviyyəyə yüksəlib. Bunu Türkiyənin Milli müdafiə nazir Hulusi Akar ölkə parlamentində nazirliyin 2022-ci il büdcəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, Türkiyə Silahlı Qüvvələri hazırda Azərbaycan Ordusunun modernləşmə, təlim və hazırlıq fəaliyyətlərinə dəstək göstərir, işğaldan azad edilmilş ərazilərdə minaların birgə təmizlənməsi prosesini davam etdirir.
"Türkiyə ilə Azərbaycanın təhlükəsizlik məsələləri bir-birindən ayrı düşünülməyəcək səviyyəyə yüksəlib. Təhlükəsizlik başda olmaqla bütün sahələrdə əməkdaşlığımızın nəzərdə tutulduğu Şuşa bəyannaməsi də bu istiqamətdə atılan tarixi bir addımdır",- deyə H.Akar bildirib.
Mövzuya münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev “Şərq”ə açıqlamasında bildirib ki, digər güc strukturları kimi Azərbaycan Ordusu da davamlı olaraq inkişaf etdirilməli, modernləşdirilməli, yeni müasir silahlı mübarizə metodları tətbiq etmək üçün güc, imkan və vasitələr əldə etməlidir.
Hərbi ekspert qeyd edib ki, bu istiqamətdə Türkiyə ilə əməkdaşlığımız böyük əhəmiyyət daşıyır:
“Bizim modernləşmədə türk ordu modeli artıq qəbul edilib. Komanda sistemləri, komanda əməliyyat hərbi hissələri yaradılır. Yeni yaradılan quru qoşunları da türk modelinə keçidin bir hissəsi kimi qəbul edilə bilər. Ordunun modernləşdirilməsi paralel olaraq həm yeni silah sistemlərinin əldə olunması, həm də yeni ştat strukturlarına keçid ilə əlaqəli olacaq. Ən əsası isə biz hərbi təhsil sistemlərimizi bir-birinə uyğunlaşdırmalı, türk təlim-tədris sistemini Azərbaycanın hərbi məktəblərində tətbiq etməkdə maraqlı olmalıyıq. Modernləşməni məhz ilk növbədə təhsildən başlayıb, ştat, struktur, təlim, zabit heyətinə qədər davam etdirməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya