Diasporamız gücünü birləşdirməlidir
Yusif Nəzərli
04:14 22.02.2022
Aktual
923
Ceyhun Məmmədov: “Erməni Fondlarının cinayətkar fəaliyyətini dayandırmaq üçün ciddi addımlar atılmalıdır”
“Erməni Fondlarının cinayət əməllərinin qarşısı qətiyyətlə alınmalıdır”. Bunu “Şərq”ə açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, Azərbaycan tərəfinin hazırladığı “Ermənistan tərəfindən qeyri-kommersiya təşkilatları və xeyriyyə qurumlarından korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadə edilməsi” adlı hesabat BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb:
“Hesabatda Ermənistan hökumətinin erməni diaspor təşkilatları vasitəsilə humanitar yardım adı altında, beynəlxalq maliyyə ödənişi sistemlərindən istifadə etməklə qanunsuz ianə toplanması kampaniyalarının təşkil etdiyi bildirilib. Həmçinin, həmin kampaniyalar çərçivəsində yığılan vəsaitin Azərbaycanın suveren əraziləri daxilində onun mülki əhalisinə qarşı terror fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə xərclədiyi qeyd olunub. Ermənistanın dövlət rəsmilərinin bəyanatları və erməni ictimai mənbələrinin məlumatları əsasında hazırlanmış hesabatda təkcə Vətən müharibəsi dövründə 73 ölkədə yaşayan erməni diaspor təşkilatları tərəfindən 170 milyon ABŞ dollarından artıq vəsaitin toplandığı əks olunub. Bunun 110 milyon dolları müharibə xərclərinin ödənilməsi məqsədilə Ermənistanın dövlət büdcəsinə köçürüldüyü qeyd edilib. Artıq bu faktlar BMT səviyyəsində də qəbul edilərək yayıldı. Bu hesabat bir daha onu göstərir ki, Ermənistan dövlət səviyyəsində terror və qətl siyasəti həyata keçirir. Hesabatın yayılması Azərbaycanın növbəti diplomatik qələbəsidir”.
C.Məmmədov vurğulayıb ki, “Hayastan All Armenian Fund” fondu illərdir Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi vəhşiliyi, barbarlığı, işğalı maliyyələşdirən əsas qurumlardan biridir:
“30 ildir bu fond ayrı-ayrı ölkələrdə topladığı maliyyə yardımlarını Ermənistana ötürür. Artıq hesabatdan bu cinayətlərin qarşısının alınması və durdurulmasına keçmə vaxtıdır. Bu fond hansı ölkədə fəaliyyət göstərirsə həmin ölkədə onun fəaliyyəti qadağan olunmalıdır. Buna kifayət qədər hüquqi əsaslar var.
Sənəddə aydın əksini tapıb ki, bu fond digər xalqlara qarşı cinayətlərin maliyyələşdirilməsi ilə məşğuldur. Belə fondun fəaliyyətinə göz yummaq özü də cinayətdir. Cinayətlə məşğul olduğu bilinən fondun fəaliyyətinə göz yumduqca bu cinayətlər davam edəcək.
Yenə də müharibələr davam edəcək, yaşlı insanlar, qadın və uşaqlar yenə bu cinayətlərin qurbanlarına çevriləcək. Hesab edirəm xaricdəki səfirliklərimiz, diaspora təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə həmin sənədi daha geniş yaymalı, fondun cinayətləri barədə aktiv təbliğat aparmalıdırlar.
Fondun fəaliyyətinin dayandırılması istiqamətində ciddi addımlar atmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual