Pərviz Şahbazov:“Azərbaycan xarici enerji təchizatçılarından asılı deyil”
Yusif Nəzərli
13:14 29.03.2022
Gündəm
591
Energetika naziri Pərviz Şahbazov Almaniyada keçirilən “8-ci Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində “Ədalətli və sosial enerji keçidinə təkan verən amillər” mövzusunda keçirilən panel müzakirələrində çıxış edib.
“Report”un nazirliyə istinadən verdiyi məlumata görə, nazir ədalətli enerji keçidi, enerji təchizatı ilə bağlı misli görünməmiş qeyri-müəyyənliklər şəraitində dekarbonizasiya ilə müqayisədə aktuallaşan enerji təhlükəsizliyi, eləcə də Azərbaycanın enerji müstəqilliyini təmin edən amillər və bərpa olunan enerji kursu ilə bağlı fikirlərini bölüşüb. O, Azərbaycanın ədalətli enerji keçidi ilə bağlı çağırışlarla həmrəy olduğunu, enerji balansında bərpa olunan enerjinin mövqeyinin möhkəmlənməsi ilə bağlı səyləri dəstəklədiyini, eyni zamanda enerji resurslarının müxtəlifliyini gələcəkdə də enerji bazarında sabitliyin təminatı kimi qəbul etdiyini diqqətə çatdırıb.
Nazir deyib ki, enerji təhlükəsizliyi təmin edilmədən iqtisadi inkişaf, sosial rifah və ekoloji təhlükəsizlik mümkün deyil. Azərbaycan enerji sahəsində xarici təchizatçılardan asılılığı və enerji təhlükəsizliyində heç bir problemi olmayan ölkədir. Üstəlik həm neft-qaz, həm də elektrik enerjisi ixracatı bu gün region ölkələri ilə yanaşı Avropa ölkələrinin də enerji təhlükəsizliyinə töhfə verir: “Enerji müstəqilliyimiz, enerjiyə ehtiyacın daxili imkanlar hesabına təmin edilməsi bizim gücümüzdür, üstünlüyümüzdür. Bu, bizə imkan verir ki, enerji təhlükəsizliyindən dekarbonizasiyaya doğru addımlayaq. Enerji balansımızda yaşıl enerjinin payını daha da artıraq. Biz hazırda etibarlı tərəfdaş rolumuzu davam etdirir, həm də bərpa olunan enerji mənbələrindən geniş istifadə üzrə planlarımızı icra edirik. Deyə bilərik ki, hazırki kataklizmlər dövründə Azərbaycan yaşıl enerji ilə bağlı hədəflərini problemsiz və fasiləsiz reallaşdıran azsaylı ölkələrdəndir”.
Azərbaycanın dayanıqlı enerji sektorunun inkişafı ilə bağlı suala cavab olaraq P.Şahbazov bildirib ki, ölkəmiz dayanıqlığa enerji təchizatı mənbələrinin müxtəlifliyi, ixrac marşrutları və bazarlarının diversifikasiyası ilə nail olub: “Bu gün qarşımızda duran əsas məqsəd bu dayanıqlığı daha da möhkəmləndirməkdir. Bundan ötrü qaz sektorunun inkişafı ilə yanaşı əsas diqqəti yaşıl enerjinin inkişafına yönəltmişik. Elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payını 16.5%-dən 2030-cu ilə qədər 30%-ə çatdırmağa çalışırıq”.
Müzakirələrdə TAP layihəsinin avropalı istehlakçıların enerji ilə sabit təchizatında töhfələrinə də toxunulub.
Panel müzakirələrində Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas, Avstriyanın iqlim fəaliyyəti, ətraf mühit, enerji, mobillik, innovasiya və texnologiya üzrə federal naziri Leonore Gevessler, Fransanın ekoloji keçid məsələləri üzrə naziri Barbara Pompili, Şri-Lankanın Energetika Nazirliyinin katibi K.D.R. Olga və “Bakulu Power “şirkətinin baş icraçı direktoru Lucia Bakulumpagi-Vamala iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda 13 yaşlı yeniyetmə bıçaqla boğazından xəsarət aldı
23:16 17.11.2026
Hadisə
İrandan ərəb ölkəsinə xəbərdarlıq: Məhv olacaqsınız!
22:58 17.11.2026
Son dəqiqə
ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi sıradan çıxıb
22:39 17.11.2026
Dünya
Vladimir Putin Çinə səfər etdi
22:20 17.11.2026
Gündəm
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial