Azərbaycanda İsrail ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub
Yusif Nəzərli
14:30 08.04.2022
Siyasət
680
Aprelin 8-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və İsrail Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
XİN-dən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycan XİN-in rəhbər heyəti, Milli Məclisin üzvləri, İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov və İsrailin Azərbaycandakı Səfirliyinin rəhbərliyi və əməkdaşları, habelə Azərbaycanın yəhudi icmasının üzvləri iştirak ediblər.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 7 aprel 1992-ci il tarixində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının tariximizdə əlamətdar hadisə olduğunu bildirib. İsrailin Azərbaycan Respublikası ilə diplomatik münasibətlər quran ilk ölkələrdən biri olmasını qeyd edən nazir Ceyhun Bayramov, bunun əsl dostluq və həmrəylik nümunəsi olduğunu bildirib. Tarixən etnik-dini zənginliyi, tolerant və multikultural dəyərləri ilə seçilən Azərbaycanda heç vaxt anti-semitizmin olmadığını bildirən nazir Ceyhun Bayramov, ölkələrimiz arasında hər zaman insani dəyərlər, milli-dini tolerantlıq və qarşılıqlı anlaşmaya əsaslanan əlaqələrin mövcudluğunu qeyd edib. İqtisadiyyat, turizm, ticarət, enerji, təhsil və digər sahələrdə iki ölkə arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi üçün şəraitin olduğunu bildirən nazir Ceyhun Bayramov, həmçinin bugün beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə arasında səmərəli əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib.
Daha sonra çıxış edən İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov 30 il ərzində Azərbaycan və İsrail arasındakı münasibətlərin inkişafında bir çox nailiyyətlərin əldə olunduğunu qeyd edib. Müxtəlif sahələr üzrə inkişaf edən çoxşahəli ikitərəfli münasibətlərin mövcudluğunu məmnunluqla qeyd edən Yoel Razvozov, Bakıda keçirdiyi görüşlərdən sonra iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün imkanların olduğunu bildirib. İsrail və Azərbaycan arasındakı münasibətlərin dostluq və qarşılıqlı anlaşmaya əsaslandığını ifadə edən Yoel Razvozov, İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılmasının iki ölkə arasında birgə iqtisadi layihələrin həyata keçirilməsi və turizm sahəsində əlaqələrin genişləndirilməsi baxımından önəmli addım olmasını vurğulayıb. Yəhudi icmasının Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamasının İsraildə yüksək qiymətləndirildiyini qeyd edən Y. Razvozov, Azərbaycanın bu baxımdan nümunəvi ölkə olduğunu bildirib.
Tədbirin sonunda iştirakçılar Azərbaycan və arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.
12:55
Azərbaycanın Xarici İşlər Nazirliyində (XİN) İsrail ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
“Report” xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, İsrailin turizm naziri və İsrail-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri Yoel Razvozov, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva iştirak ediblər.
Xatırladaq ki, Azərbaycan və İsrail arasında diplomatik münasibətlər 1992-ci il aprelin 7-də qurulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual