
“Azərbaycanın iqtisadi “immuniteti” güclüdür"
Yusif Nəzərli
14:11 20.07.2022
İqtisadiyyat
693
Dünya iqtisadiyyatındakı mövcud vəziyyət hazırda bütün bəşəriyyət üçün aktual və önəmlidir. Bir çox ekspertin sözlərinə görə dünya iqtisadiyyatı tənəzzül dövrünü yaşayır. Yüksələn inflyasiya göstəriciləri və yayımlanan hesabatlar da bu fikiri əsaslandırmağa imkan verir.
“Financial Times” da Avropanın çətin dövrlərə hazırlaşmalı olduğunu qeyd edib:
“Növbəti aylar Avropa iqtisadiyyatları üçün acınacaqlı olacaq. Gəlirlər azalacaq, tənəzzülün baş vermə ehtimalı var və faiz dərəcələri yüksəlməli olacaq, bu da ev təsərrüfatlarına və ailələrə daha çox təzyiq göstərəcək”

Dünyada baş verən iqtisadi dəyişikliklərdən danışan iqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlmasında bildirib ki, iqtisadi durğunluq qaçılmazdır:
“2020-ci ildə bəşəriyyət pandemiya ilə üzləşdi. Bu zaman kəsiyi iqtisadi cəhətdən inkişaf etmiş, inkişafda olan və inkişafdan geri qalmış ölkələrin də inkişaf dinamikasına mənfi təsir etdi. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin trasnmilli şirkətləri iflic etdi. Bu da birmənalı şəkildə dünyadakı istehsal və ticarət həcminin azalmasına və strukturlu şəkildə işszilik orudsunun yaranmasına səbəb oldu. Əlbəttə ki, bunların hər birinin aradan qaldırılması prosesi on illiklərlə davam edəcək. Düzdür, artıq bir çox ölkələrdə ümumdaxili məhsulun səviyyəsində artım müşahidə olunur. Amma ilin əvvəlində baş verən Rusiya-Ukrayna münaqişəsi ərzaq sektoruna, xüsusilə, buğda və bitki yağı sektoruna kifayət qədər təsir göstərdi. Digər tərəfdən on ildir ki, dinamik olaraq dünyada ərzaq məhsullarının bahalaşması prosesi gedir. Bu haqda BMT-nin Ərzaq Təhlükəsizliyi Proqramı məlumat verib. Bu qəbildən olan prosesləri nəzərə alsaq, ümumilikdə dünya iqtisadiyyatı yenidən tənəzzüllə qarşılaşa bilər. Tənəzzül olmasa belə, dünya ən azından durğunluq anını görəcək”.
İqtisadi tənəzzül fonunda Azərbaycanın bu sahədəki mübarizəsinə toxunan ekspert vurğulayıb ki, dövlətimiz bu nöqteyi-nəzərdən istər qanunvericilk bazasından, istər faktiki və praktiki əməlləri ilə daim özünü sığortalamağa çalışır:
“Bu da bizə çox müsbət və uğurla başa gəlir. İstənilən qlobal böhranın yaranmasında Azərbaycan ən mənfi təsir göstərə biləcək xarici borclanma siyasətində çox tarazlı bir siyasət irəli sürür. Bu gün demək olar ki, xarici borc kifayət qədər dayanıqlı mövqedə formalaşıb. Eyni zamanda, qida təhlükəsizliyi proqramı ilə bağlı Azərbaycanın strateji ehtiyatları daim hökümətin nəzarəti altındadır. Hesab edirəm ki, bu cəhətdən bir çox ölkələrdən qabaqda və hazırlıqlı vəziyyətdəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət