Ombudsman təklif səsləndirdi
Yusif Nəzərli
23:34 26.07.2022
İqtisadiyyat
722
Pensiya yaşına müəyyən müddət qalanların ixtisarı qadağan olunsun!
İqtisadçı: "Belə təklif verilməsi müsbət haldır, lakin işin icrasını real görmürəm. Bu prinsip dünyada bir qədər fərqli tənzimlənir"
“Pensiya yaşına çatmağa az qalmış işçilərin ixtisar yolu ilə işdən azad edilməsi və ya onların işə qəbul edilməsindən imtina olunmasının qadağan edilməsi ilə bağlı xarici ölkələrin təcrübəsi əsas götürülməklə qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsini zəruri hesab edirəm”.
Bu sözlərin müəllifi ombudsman Səbinə Əliyeva hesab edir ki, qanunvericiliyə müvafiq əlavə və dəyişikliklər edilməlidir. Ombudsman həmçinin qeyd edib ki, bu problemin həlli ilə bağlı pensiya yaşına müəyyən müddət qalan şəxsin əmək müqaviləsinin ləğv edilməsini qadağan edən müddəaların qanunvericilikdə tətbiq edilməsi, bundan başqa, Əmək Məcəlləsi və İnzibati Xətalar məcəlləsində müvafiq əlavə və dəyişikliklərin edilməsi məqsədə müvafiqdir.
İqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, ölkəmizdə çox az hallarda pensiya vaxtına 4-5 il qalmış vətəndaşı işdən çıxarırlar. Bu da o zaman baş verə bilər ki, əmək məcəlləsi kobud şəkildə pozulsun. Bizdə belə tip məsələlərdə həm milli mentalitetimiz, həm də hüquq və azadlıqlar nəzərə alınır. Ona görə də mövcud qanunvericiliyə xüsusi dəyişiklik etməyə ehtiyac yoxdur. Əlavələr edilsə belə, hər bir hal fərdi şəkildə araşdırılmalıdır:
“Təsəvvür edək ki, müəssisə bağlanır, ştatların bir qismi ixtisar olunur. Burada çalışan vətəndaşın da pensiya yaşına 10 il qalıb. Belə vəziyyətlərdə işə götürən nə edə bilər? Ona görə də təkliflər verilən zaman əmək bazarındakı vəziyyət öyrənilməli və nəzərə alınmalıdır. Belə təklif verilməsi müsbət haldır, lakin işin icrasını real görmürəm. Bu prinsip dünyada bir qədər fərqli tənzimlənir. Mən əgər yaxşı işçiyəmsə, məni niyə işdən çıxarmalıdırlar? Avropada və Amerikada da məhkəmə mexanizmləri var, lakin orada belə məsələlər mübahisə predmeti deyil. Əgər rəhbər vəzifədə çalışan hər hansı bir insan sui-istifadə hallarına yol verirsə, məhkəmə yolu ilə qarşısını almaq mümkündür. İşçi haqsız olduğu zaman, onu 3-5 il qalmış vəzifəsindən kənarlaşdırmaq olar. Sırf yaşı nəzərə alınaraq işdən uzaqlaşdırılan vətəndaşın sonrakı taleyinə, yenidən iş tapa bilməsinə gəldikdə isə hazırda ölkədə iş yerləri ilə bağlı vəziyyət ürəkaçan deyil. Vəziyyət tək yaşlılar üçün deyil, elə gənclər üçün də oxşardır. Dövlət müəssisələrində pensiya yaşına 5-10 il qalmış vətəndaşı işə götürürlər. Nəzərə alaq ki, insan yaşa dolduqca peşəkarlaşır. Özəl şirkətlərdə isə bu hal tamamilə əksinədir. Onlar daha çox gənc kadrları işə cəlb etməyə maraqlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət