Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib – FOTO
Yusif Nəzərli
15:28 26.07.2022
Gündəm
584
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.
“Report” xəbər verir ki, iclası giriş sözü ilə açan Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısının çıxışından irəli gələn vəzifə və tapşırıqları vurğulayıb. Qərargahın fəaliyyətinin planlılıq, operativlik, şəffaflıq kimi prinsiplərə əsaslanaraq daha da təkmilləşdirilməsinin önəmini bildirib.
Sonra 2022-ci il iyulun 5-də Nazirlər Kabineti və Əlaqələndirmə Qərargahı üzvlərinin Suqovuşan və Ağdam istiqamətinə səfəri zamanı müəyyənləşdirilmiş məsələlərə dair müzakirələr aparılıb.
Zəngilan rayonunun Ağalı kənd sakinlərinin qayıdışının birinci mərhələsi üzrə 41 ailənin köçürülməsinə toxunan Qərargah rəhbəri Böyük Qayıdış prosesinin başlaması ilə əlaqədar qarşıda duran yeni vəzifələri qeyd edib.
İclasda Əlaqələndirmə Qərargahının cari fəaliyyəti ilə bağlı məsələlər, o cümlədən yaşayış məntəqələrinin şəhərsalma sənədlərinin hazırlanması, mühəndis-kommunikasiya və sosial infrastrukturla təmin edilməsi, habelə əhalinin qayıdışının təşkili və dayanıqlı məskunlaşması üzrə məsələlər müzakirə olunub.
Sonda qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı zəruri tədbirlər müəyyən edilib və müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət