
Bölgə turizmini dirçəltmək müşkül məsələdir
Yusif Nəzərli
11:46 28.07.2022
Tarix
2452
Hər şey var, amma reklam, məlumatlandırma yoxdur
"İndi internet əsridir. İnsan evində oturub məlumat əldə etmək və buna uyğun da hərəkət etmək istəyir. Səyahətə hazırlaşanlar bütün prosedurları onlayn qaydada həll edirlər. Bizim turizm agentlikləri, şirkətləri isə bu məsələdə çox ləng işləyir"
Turizm mühüm gəlir mənbəyidir. Bu sahənin gəlirləri bir sıra inkişaf etmiş ölkələrdə dövlət büdcəsinin formalaşmasında həlledici faktordur. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində, digər sahələrlə yanaşı, turizmin inkişafı da Prezident İlham Əliyev tərəfindən prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, son illər respublikamızda müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması istiqamətində çox mühüm işlər görülür.
Bakı ilə yanaşı regionlarımıza da turistlərin cəlb edilməsi istiqamətində məqsədyönlü iş aparılır. Amma bu sahədə hələ də ciddi bir irəliləyiş yoxdur.
Bölgələrimizdə də gəzməli-görməli yerlər kifayət qədərdir. Nəzərə alsaq ki, bir çox bölgələrimizdə müasir infrastruktur, kommunikasiya xətləri mövcuddur, turistlər üçün bunlar da cəlbedici olmalıdır. Lakin deyil.
Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt otellərində yenə də uduzurlar:
Azərbaycana gələn turistlərin 80 faizi Bakı şəhərinə üstünlük verirlər. Bu o deməkdir ki, ölkəyə gələn hər 100 turistdən cəmi 20-si Bakıdan kənara, rayonlara gedirlər. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qəbələdir.

İqtisadçı Fuad İbrahimovun “Şərq”ə açıqlamasına görə, bu problemin səbəbi turizm şəbəkəsindəki boşluqlardır. Burada dövlət nəzarəti və ya dövlət orqanlarına aid bir iş yoxdur. Bu, sırf turizm şəbəkələrinin passivliyinin nəticəsidir.
F.İbrahimov bildirib ki, turizmdə ən əsas məsələ reklam və təbliğatdır:
”Bu da məlumatların ötürülməsindən, məlumatların çatdırılmasından ibarətdir. Hər hansı xarici ölkə vətəndaşı tutalım, Masallı haqqında haradan məlumat əldə edə bilər? Lap tutalım, axtarış verdi və Azərbaycanın gözəl bölgələri barədə məlumatlar çıxdı qarşısına. Bununla iş bitmir. İnsanları cəlb etmək lazımdır. Cəlbedici təkliflər olmalıdır, turistik paketlər təqdim olunmalıdır. Sən turistə nə vəd edirsən, bax, bu, önəmlidir. Biz Bakıda əyləşib Türkiyənin istirahət məkanları haqqında nə qədər bilgi əldə edirik. Məsələn, Rusiyanın “Mineralnıye Vodı” kurort zonası haqqında nə qədər informasiyalar, cəlbedici tur-paketlər təqdim edilir. İndi internet əsridir. İnsan evində oturub məlumat əldə etmək və buna uyğun da hərəkət etmək istəyir. Səyahətə hazırlaşanlar bütün prosedurları onlayn qaydada həll edirlər. Bizim turizm agentlikləri, şirkətləri isə bu məsələdə çox ləng işləyir. Hər şey var, amma reklam yoxdur, məlumatlandırma yoxdur. Turizm şirkətləri provayderlərlə əməkdaşlıq etməlidir. Əcnəbi ölkəyə ayaq basan kimi Azərbaycanın mobil rabitə şəbəkəsinə qoşulmalı və ona davamlı məlumatlar daxil olmalıdır. Harada nə var, hara necə getmək olar, qiymətlər necədir... Turistlər məlumatsız olduqları üçün bölgələrə gedə bilmirlər. Çünki turizm şirkətləri informasiya texnologiyalarından istifadə etmirlər. Məsələn, Gürcüstan-Azərbaycan birgə turizm layihəsi işlənə bilər. Gürcüstan da təbliğat, reklam işlərində çox inkişaf edib.
Daimi təbliğat və reklam olmalıdır ki, turistlər də onları maraqlandıracaq məlumatları əldə etsinlər. Bölgələrdə təkcə mehmanxana, otel tikməklə turizmi inkişaf etdirmək çətindir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə