Qəbul imtahanları biliklәri yoxlayır
Yusif Nəzərli
20:24 03.08.2022
Elm və Təhsil
553
İxtisaslaşmış musiqi, incəsənət məktəblərinin müəllimləri daha savadlı olmalıdır
Amma orta məktəb müəllimləri üçün bu şərtlər o qədər də vacib deyil
Dövlət İmtahan Mərkəzi uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirəcək. İmtahan 2022-ci il, avqustun 7-də olacaq. DİM-in məlumatına görə, imtahanda namizədə 70 test tapşırığı təqdim olunur. 40 tapşırıq seçilən müvafiq sahә üzrә ixtisas biliklәrini, 10 tapşırıq pedaqoji bacarıqları, 10 tapşırıq mәntiqi tәfәkkürü, 10 tapşırıq isә ümumi dünyagörüşünü yoxlayan qapalı tipli test tapşırıqlarıdır. Hәr düzgün cavab bir balla qiymәtlәndirilir. Sәhv cavablar ümumi nәticәyә tәsir göstәrmir.
Musiqi, incəsənət məktəblərinə müəllimlərin imtahanla işə qəbulu bu sahədə hansısa irəliləyişə nail olunmasına kömək edirmi? Məlumdur ki, orta məktəblərdə musiqi fənninə demək olar, əhəmiyyət verilmir. Belə demək mümkünsə, sovet təhsil sistemində şagirdlərə hansı mahnılar öyrədilirdisə, indi də həmin “repertuar”dır. Amma ixtisaslaşmış musiqi məktəbləri, incəsənət akademiyaları fərqlidir. Bu təhsil ocaqları şagirdlərini ixtisaslı musiqiçi, konkret incəsənət sahısi üzrə kadr kimi yetişdirməlidir. Bunun üçün də müəllimlərin öz ixtisaslarını mükəmməl bilmələri vacibdir. Amma DİM imtahanları müəllimlərin qabiliyyətini, bilik və bacarıqlarını təyin etmək üçün yetərlidirmi?
Təhsil eksperti Elçin Əfəndi “Şərq”ə açıqlamasında müəllimlərin işə imtahanla qəbulunun vacib olduğunu bildirdi:
- Bu, dünyada, o cümlədən Avropada qəbul olunmuş qaydadır ki, işə qəbul imtahanla aparılır. Elə ölkələr var ki, orada hər 1 ildən bir attestasiya keçirilir. Müəllimlərin işə qəbulunda da həmçinin. Musiqi məktəbləri, incəsənət mərkəzlərinə müəllimlərin işə qəbulu Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlardan biridir. Və bu imtahanlar ümumi biliklər üzrə keçirilir. İmtahan tapşırıqlarında ixtisas biliklərinə və metodikaya üstünlük verilir. Məntiq, ümumi dünyagörüşü üzrə suallara da yer verilir, ümumi bilik səviyyəsinin müəyyənləşməsi məqsədilə. Musiqi, incəsənət məktəblərinin, gimnaziyaların bəzisi Mədəniyyət Nazirliyinin, bəsizi isə Təhsil Nazirliyinin tabeliyindədir. DİM-in keçirdiyi imtahanların nəticələrinə uyğun olaraq da müəllimlər istədikləri məktəbi seçə bilirlər. Orta məktəb musiqi müəllimlərinin ümumi biliklərə yiyələnmiş olması yetərlidir. Çünki orta məktəblərdə musiqi dərsləri elə orta, hətta aşağı səviyyədə də keçirilir. Əsasən milli musiqilərə üstünlük verilir. Musiqi fənni üzrə dərsliklər əvvəlllər necə idisə, indi də elədir. Hesab edirəm ki, bu, kifayətdir. Onsuz da musiqiyə xüsusi həvəsi və istedadı olan uşaqlar ixtisaslaşmış musiqi məktəblərində təhsilini davam etdirir, yaxud da ibtidai təhsil pilləsindən ixtisaslaşmış musiqi və ya incəsənət məktəblərində təhsil alırlar. Təbii ki, ixtisaslaşmış musiqi, incəsənət məktəblərinin müəllimləri daha yüksək ixtisaslı olmalıdır və təkmilləşmə prosesi mütləqdir. Amma orta məktəblər üçün bu şərtlər o qədər də vacib deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət