
Azərbaycanın qəti tədbirləri qüvvədədir
Yusif Nəzərli
09:10 05.08.2022
Siyasət
713
Paşinyanın ikiüzlü, riyakar mövqeyi ilə uzağa getmək olmaz
Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycana yönəlik ittihamlar səsləndirib. Paşinyan İrəvanın 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əməl etdiyini iddia edib. Baş nazirə görə, rəsmi Bakı sazişdən irəli gələn öhdəliklərdən boyun qaçırır: “Azərbaycan Ermənistanın öhdəlik götürməsindən danışır. Bəli, biz öhdəlik götürdük və hər şeyi yerinə yetirdik”. O iddia edib ki, Azərbaycan da guya, öhdəlik götürüb. Paşinyan Azərbaycanın “bu öhdəliklərə” əməl etməsini istəyib: - “Dağlıq Qarabağ”ın (red: separatçı rejimi) mövcudluğunu tanımaq, Qarabağda “təmas xəttinin” mövcudluğuna və Laçın dəhlizinin mövcudluğuna hörmətlə yanaşmaq.
Qeyd edək ki, 10 noyabr kapitulyasiyasından sonra bu, Ermənistan rəhbərliyinin bütün diplomatik sərhədləri aşmasının və öhdəlikdən qaçmaq üçün növbəti həyasızlığının ən üst səviyyəsidir. Azərbaycan bəyanatda heç bir öhdəlik götürməyib. Sazişin mətnində bircə yerdə də olsun, “Dağlıq Qarabağın gələcək statusu” ilə bağlı söz belə yoxdur. “Təmas xətti” ifadəsi isə Ermənistan ordusunun rus sülhməramlıların gəldiyi vaxta qədər dayandıqları mövqelərə görə işlədilib. Rusiya sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsi ilə Ermənistan hərbi birlikləri Azərbaycan ərazisindən çıxarılmalı idi.
Bununla da “təmas xətti” anlayışı tamamilə ləğv olunacaqdı. Qarabağın bir hissəsinə yerləşdirilən rus sülhməramlıları isə orda məskunlaşdırılan erməni icmasının təhlükəsizliyini müəyyən müddətə qədər təmin edəcəkdilər. “Dağlıq Qarabağ”ın mövcudluğunu tanımağı” dilə gətirmək Paşinyanın ciddi səhvi olmaqla bərabər, 10 noyabr bəyanatından imtina etməsi və müharibə səbəbidir. 10 noyabr bəyanatının tərəfi Ermənistandır, hər hansı separatçı-terrorçu ünsür deyil. Bəyanatın altında Ermənistan baş nazirinin imzası var. Lakin baş nazirin açıqlamaları onun öz imzasına hörmət etmədiyi, yenidən baş qaldırdığı, yenidən münaqişə yaratmaq istəməsini göstərir.

Vətəndaş Həmrəyliyi Partiyasının sədir müavini Samir Əsədli “Şərq”ə deyib ki, Ermənistan hər yola əl atır ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını uzatsın. Partiya rəsmisinin sözlərinə görə, xüsusilə son aylar müşahidə olunanlar belə bir qənaətə gəlməyə əsas yaradır:
“Paşinyan əvvəl deyirdi ki, Qarabağın statusu Azərbaycan Konstitusiyası ilə tənzimlənməlidir, indi başqa hava çalır. Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə gəlincə, bunu rus sülhməramlılarından əvvəl Azərbaycan öz üzərinə götürüb. Bir şərtlə ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etsinlər və ölkəmizin qanunlarına tabe olsunlar. Silahlı birləşmələrə gəldikdə isə onları zərərsizləşdirmək 10 noyabr bəyannaməsinə əsasən elə rus sülhməramlılarının birbaşa vəzifə borcudur. Son əməliyyatlarda da ordumuzun zərbə hədəfi məhz bu qanunsuz silahlı birlikər olub. Azərbaycan Ermənistanı blokadadan çıxarmaq üçün kommunikasiyaların açılmasını, sülh müqaviləsinin imzalanmasını təklif edir. Azərbaycan istənilən danışıqlara gedir. Azərbaycan istəyir ki, tezliklə sərhədlər delimitasiya olunsun, kommunikasiyalar açılsın və sülh müqaviləsi imzalansın.
Ermənistan bunu istəyirsə, ortaya siyasi iradə qoymalıdır. Paşinyanın ikiüzlü, riyakar mövqeyi ilə uzağa getmək olmaz. Ermənistanda hazırkı iqtidara real rəqib yoxdur. Odur ki, hər şey Paşinyanın iradəsindən asılıdır. Əgər o istəsə sənədləri imzalaya bilər.
Bunu Avropada da bilirlər. Hər iki senari bizə sərf edir. Baş nazirin təqdim olunan sənədlərə qol çəkməsi, əlbəttə, maraqlarımıza uyğundur. Bunun əksi də bizim üçün üstünlükdür.
Çünki Ermənistanın destruktiv mövqeyi bir daha ifşa olunacaq. Bu, şübhəsiz, bizim diplomatik uğurumuz kimi qiymətləndirilməlidir. Son əməliyyatlar təsdiqlədi ki, belə destruktiv mövqeyə qarşı Azərbaycanın qəti tədbirləri qüvvədədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı