“Sputnik”dəki digər işçilər də istefa verməlidirlər və onlara yiyə çıxmalıyıq”
Yusif Nəzərli
11:08 05.08.2022
Aktual
550
“Bacarıqları çərçivəsində işlə təmin etməliyik. Bunun üçün kifayət qədər redaksiyalarımız var”
“Dövlətlətarası müqavilənin də yəqin ki, zamanla pozulmasına şahid olacağıq"
"Sputnik-Azərbaycan”ın redaktorları işdən ayrılıb. Saytın rus dili versiyasının buraxılış redaktorları “Qisas” əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını verməkdən imtina edərək, dünən tam tərkibdə istefa veriblər.
4 redaktor bu barədə sosial şəbəkədə məlumat yayıb.
Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Elena Starostina, Gülzar Mustafayeva feysbuk hesablarında Azərbaycan vətəndaşları olaraq, “Sputnik”də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa vermək məcburiyyətində qaldıqlarını yazıblar.
Məsələyə münasibət bildirən Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna- Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı "Sherg.az"a bildirib ki, sözügedən saytın ölkəmizdə fəaliyyəti səhv etmirəmsə, dövlətlərarası müqavilə əsasındadır:
“Bu sözləşmə də istədiyimiz zaman pozulası məsələ deyil. İstefa verən redaktorlar arasında Elena Starostina Fövqaladə Hallar Nazirliyinin işçisi olub. İqtisadiyyyat üzrə peşəkar mütəxəssisdir. Deməli, vəziyyət nə yerə gəlib, çıxıb ki, hətta o da işdən ayrılıb.
Başa düşürəm, hər kəsin ailəsi var, hamı dolanmalıdır. Oradan verilən məvacib də az deyil.
Belə bir məqamda artıq 4 nəfər işindən vaz keçirsə, qalanlar da həmrəylik göstərib, saytın fəaliyyətini zəiflətmək, dayandırmaq üçün istefa verməlidirlər. Eyni zamanda həmin saytda işləməkdən imtina edən jurnalistlərə də yiyə çıxmalıyıq. Bacarıqları çərçivəsində işlə təmin etməliyik.
Bunun üçün kifayət qədər redaksiyalarımız var. Dövlətlətarası müqavilənin də yəqin ki, zamanla pozulmasına şahid olacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı