Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları blogerlərlə görüşüb
09:51 07.08.2022
Cəmiyyət
475
Diaspor Gənclərinin Şuşa şəhərində keçirilən III Yay Düşərgəsi çərçivəsində Azərbaycanın tanınmış blogerləri ilə görüş keçirilib.
Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, komitə sədrinin müşaviri Cahid Kazımovun moderatorluğu ilə aparılan görüşdə 365.az saytının baş redaktoru, bloger Kubra Məhərrəmova və influenser marketinq şirkətinin rəhbəri Aliyə Cəlil iştirak ediblər.
Ata tərəfdən əsillərinin Şuşadan olduğunu söyləyən Kübra Məhərrəmova bildirib ki, diaspor gəncləri üçün düşərgənin mədəniyyət paytaxtımızda təşkil edilməsi çox mühüm hadisədir: “Dünyanın harasında olursunuzsa-olun, bu torpaqların dağı, daşı sizə hər zaman güc verəcək”.
Vətən müharibəsi dövründə ölkəmizə qarşı aparılan informasiya savaşı zamanı müxtəlif təxribatlarla qarşılaşdıqlarını vurğulayan baş redaktor qeyd edib ki, bütün çətinliklərə baxmayaraq diaspor gənclərindən güclü dəstək alıblar: “Dünyanın dörd tərəfində yaşayan gənclərimiz bizim saytların yaydıqları informasiyaları “Qarabağ Azərbaycandır!”, “Azad Şuşa”, “Gəncə üçün dua et!” və sair həştəqlərlə sosial şəbəkələrdə dərhal paylaşırdılar. İnformasiya müharibəsində bu üstünlüyü siz bizə qazandırdınız”.
Aliyə Cəlil qeyd edib ki, gənclərimiz döyüş meydanından və informasiya müharibəsindən alnıaçıq və üzüağ çıxdılar: “Həm səngərdə, hən də sosial media şəbəkələrində qalib gəldik. Buna görə hər birinizə təşəkkür edirəm”.
Kübra Məhərrəmovanın “Mənə elə gəlir ki, ölkəmizdə ən güclü influenser cənab Prezident İlham Əliyev oldu. Bütün vətəndaşlarımız və dünyadakı azərbaycanlılar, hətta “Twitter”-də olmayan mən belə, onun səhifəsinə abunə olduq ki, baş verənlərdən dərhal xəbər tutaq” fikri düşərgə iştirakçılarının alqışları ilə qarşılanıb.
Blogerlər diaspor gənclərini Azərbaycan həqiqətlərini məntiqlə və mütəşəkkil şəkildə təbliğ etməyə çağırıblar və bu istiqamətdə tövsiyələrini səsləndiriblər.
Tədbir interaktiv sual-cavab formatında davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı