“Rus dilində Puşkini oxuyub, öz dilində Səməd Vurğunu tanımamaq faciədir”
Yusif Nəzərli
13:29 08.08.2022
Aktual
746
Borçalıdan olan ictimai-siyasi xadim Zəlimxan Məmmədli Feysbuk hesabında Qafqazda rus məktəblərinin sayı ilə bağlı status paylaşıb.
"Borçalı" İctimai Birliyinin sədri yazır:
"Azərbaycan rekord vurur. Ermənistanın 40 məktəbində "rus sinfi" var və onların cəmi 3-də təhsil rus dilindədir. Qalan 37 məktəbdə "erməni sinifləri" ilə yanaşı "rus sinifləri" də fəaliyyət göstərir.
Rus dilində təhsil alanların sayı təxmini məlumatlara görə, 9-10 min nəfərdir. Onların 1/3-i milli azlıqların və qarışıq nikahlardan olan uşaqlardır. 1/3-i Rusiya vətəndaşı və ya etnik ruslar, qalanı isə Rusiyada 5-ci sinfi oxuyub, qayıdan ermənilərdir.
Gürcüstanda 2084 orta məktəbin 59-da rusca təhsil almaq imkanı var, 11 məktəb isə tam rusdillidir. Rəsmi statistikaya əsasən, paytaxt Tbilisinin 2 orta məktəbində tədris yalnız rus dilində aparılır. 19 məktəbində rus bölməsi olan paytaxtda 6 min nəfərdən çox şagirdin rus dilində təhsil aldığı vurğulanır.
Azərbaycanda 4,5 min ümumtəhsil məktəbi fəaliyyət göstərir. 342 məktəbdə 120 mindən çox şagird rus dilində oxuyur. 16 məktəbdə dərslər yalnız rus dilində keçilir".
Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna- Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı "Sherg.az"a açıqlamasında bildirib ki, sözügedən ölkələrin əhali sayını faiz nisbəti ilə götürsək, digərlərindən bir az çox olarıq:
"Bundan başqa, millətimizin bir çoxunda belə bir düşüncə var ki, rusca bilmək üçün həmin dildə təhsil almaq mütləqdir. Hər zaman insanın mümkün qədər çox dil bilməyinin tərəfdarı olmuşam.
Amma rus bölməsində təhsil alıb, Puşkinin, Lermontovun əsərlərini oxuyub, Dədə Qorquddan, Koroğludan məlumatsız olmaq, Nizamidən bixəbərlik, Səməd Vurğunu tanımamaq faciədir. Həmçinin övladları rus dilində oxuyanların özləri həmin dili bilməyən adamlardır.
Onlar fikirləşir ki, rusların dilində təhsil almaq uşaqların gələcəyini ağ günə çıxardacaq. Müəyyən kütlə isə övladlarını rus dilində oxudub, Rusiyaya köçmək arzusundadır. Orada alver edib, biznes qurub, xoşbəxt olmaq niyyətindədirlər. Amma başa düşmürlər ki, Rusiyada pomidor satmaq hələ ki əlverişlidir.
Sabah isə adıçəkilən dövlət özü dilənçi vəziyyətinə düşəcək. İndinin özündə də yolçudurlar. İbtidai tədris pilləsindən sonra rus bölməsinin yuxarı siniflərinə dərs keçən fənn müəllimləri arasında savadlıların sayı olduqca azdır. Beləliklə, adamlar dili öyrənəcəklər, amma bir mütəxəssis kimi yetişməyəcəklər.
Hazırda bir çoxları uşaqlarını ingilis, türk, fransız məktəblərinə qoyurlar. Faciə deyil, amma millət, əhali olaraq, özümüzə hörmət etməyi öyrənməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı