Əliyev-Ərdoğan görüşü: Şimali Kipr məsələsinin aktuallıq qazanması – TƏHLİL
Yusif Nəzərli
11:50 10.08.2022
Aktual
649
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 9-da Konyada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.İlham Əliyevin Türkiyəyə budəfəki səfərində diqqətləri üzərinə cəmləyən bir görüş də baş tutub. Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib. Daha sonra isə onların üçtərəfli görüşü keçirilib.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a açıqlamasında bildirib ki, Şimali Kipr amilinin Əliyev-Ərdoğan danışıqlarında həmişə masa üzərində olduğu fikrini səsləndirə bilərik:
"Hərçənd ki, bununla bağlı açıq-aşkar ictimailəşən rəsmi məlumatlar azlıq təşkil edib. Dünya nizamının altına bombalar düzülməsindən sonra Türkiyənin gücünü tükətmək və manevrlərini məhdudlaşdırmaq üçün onun böyük oyunlara doğru sürüklənməsi cəhdləri siyasi üfüqlərdə görünür. Ankaraya göstərilən təzyiqlərdən biri onun ərazi bütövlüyünə, qarant durduğu subyektlərə, dövlətlərə təhdid yaratmaqdır. Adalarla bağlı Türkiyə ilə Yunanıstan arasında gərginliyin pik həddə çatması həmin planların tərkib hissəsidir.
Rəsmi Ankaranın suverenliyi əleyhinə hərbi hərəkətliliklə praktiki təhdidlər ortaya çıxarsa, qardaş ölkənin yanında dura biləcək və ona siyasi dayaqla yanaşı, əməli dəstək göstərə bilən ölkə Azərbaycandır. Bu, Şuşa Bəyannaməsindən sonra ikitərəfli münasibətlərdə bərkiyən strateji müttəfiqliyin doğurduğu qarşılıqlı müdafiə refleksidir.
Yəni Ankara ilə Bakı Azərbaycan-Ermənistan münasibətlərinə dair mövqelərini Şimali Kipr mövzusu ilə bərabər şəkildə inkişaf etdirir. Azərbaycan 44 günlük Vətən müharibəsinə qədər Şimali Kipr Türk Respublikası ilə təmaslarda son dərəcə ehtiyatlı davranırdı. Bu tədbirlilik onsuz da sürüşkən mövqeyi olan Yunanıstanın Qarabağ separatçılarına “müstəqillik kartı” vermək riski ilə əlaqəli idi. Lakin Azərbaycanın Cənubi Qafqazda bərqərar etdiyi yeni reallıqdan sonra vəziyyət dəyişib.
Eyni zamanda Bakının Şimali Kiprlə əlaqələrinin dərinləşməsi istiqamətində mühüm addımlar atılır. Hərçənd ki, ölkəmiz Şimali Kipri müstəqil dövlət kimi hələ tanımayıb, ancaq proseslərin rəngi açıldığından Azərbaycan riskləri hesablayaraq, həmin məsələni özünün xarici siyasət prioritetlərinə daxil edir".
Analitik həmçinin əlavə edib ki, Azərbaycan Türkiyənin dəniz yurisdiksiyalarını özündə əks etdirən “Mavi Vətən” doktrinasının praktiki dəstəkçisinə çevrilir:
"Bu, həm də regional təhlükəsizliyin bətninə təhlükəli toxum əkilməməsi üçün vacibdir. Üstəgəl, gələcəkdə enerji layihələrinin diversifikasiyası üçün münbit zəmindən ötrü lazımdır. Əsasən, Şərqi Aralıq dənizi hövzəsindəki enerji resurslarının bolluğuna dair təxminlər iki qardaş ölkənin perspektiv iqtisadi layihələrində yeni səhifələrin açılmasını stimullaşdırır.
Şimali Kipr məsələsi Türkiyənin ümumi milli təhlükəsizlik konsepsiyasında qırmızı xətlə keçir. Həmçinin rəsmi Ankara buranın müstəqilliyinin tanınması üçün səyləri artırır.
Azərbaycan hələlik belə bir qərar verməsə də, həmin səylərə həlledici dəstək göstərir. Bakı-Ankara tandemi Türk Dövlətləri Təşkilatının sıralarını genişlətmək üçün Şimali Kiprin də bu təsisatda yer almasına cəhdlər göstərir. Lakin müstəqillik faktoru hələ də maneə olaraq, qalmaqdadır.
R.T.Ərdoğanla İ.Əliyevin budəfəki görüşü həm Şimali Kipr mövzusunun, həm də Qarabağdakı “Qisas” antiterror əməliyyatından sonrakı nəticələr haqqında birbaşa fikir mübadiləsi aparmaq baxımından əhəmiyyətli idi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya