Liviya Azərbaycana yeni səfir təyin edib - FOTO
Yusif Nəzərli
17:56 18.11.2022
Siyasət
547
Xarici işlər naziri Ceyhun Bayramov Liviya Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Ali Salem Naser ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
C.Bayramov səfir Ali Salem Naserin etimadnaməsinin surətini qəbul edərək səfiri təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir Azərbaycanla Liviya arasında tarixi, dini və mədəni bağlardan söz açaraq, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayıb. Bu xüsusda, istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlıqdan məmnunluq ifadə olunub.
C.Bayramov, həmçinin Ermənistanın ölkəmizə qarşı təcavüzü və 30 ilə yaxın davam edən işğalın acı nəticələri, 44 günlük Vətən müharibəsi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, qaçqın və məcburi köçkünlərin bölgəyə geri qayıdışı prosesi haqqında qarşı tərəfi məlumatlandırıb.
Səfir qəbula görə nazirə təşəkkür edərək ona Liviya Dövləti xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin salamlarını çatdırıb. Azərbaycanda fəaliyyət göstərəcəyi üçün məmnunluq duyduğunu ifadə edən Ali Salem Naser fəaliyyəti dövründə Azərbaycan Liviya arasında dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin iki ölkə arasında gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılaraq bu istiqamətdə böyük potensialın olduğu diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya