Siyasət dəyişməyib... - Son yüz ildə panfarsçılıq
Yusif Nəzərli
01:28 19.11.2022
Dünya
714
Güney Azərbaycan türkünün dilini, mədəniyyətini danıb ərazilərini parçalamaqla assimilyasiya edib
İranda yüz ilə yaxındır hakim olan panfarsçılıq ideologiyasının başlıca hədəfi Güney Azərbaycan türklərini assimilyasiya etməkdir. Çünki ölkənin idarə edilməsində əsas pay sahibi onlardır. Bu etnosu hakimiyyətə yaxın buraxmamaq və ya onun assimilyasiyaya uğramış nümayəndələrinin iqtidarda təmsil olunması əsas hədəflərdəndir. Müasir İranın tarixində islahatçı hökumət başçısı Məhəmməd Müsəddiq Qacar sülaləsinin hakimiyyətdə olmuş sonuncu nümayəndəsi idi. Beynəlxalq güclər tərəfindən devrilmiş Qacar sülaləsinin yerinə gətirilən Rza şah Pəhləvinin oğlu Məhəmmədrza şahı qəbul etmir və ona qarşı mübarizə aparırdı. Məhz Rza şahın dövründə türklər “farslarla səlcuqluların tör-töküntüsü”, “törəməsi” adlanmağa başladı. Habelə türk dili “fars dilinin bir qolu” sayıldı. Rza şah “tək millət, tək dövlət”, "yəni hamı farsdır" prinsipi ilə assimilyasiya apardı. Azərbaycan türkcəsində danışmaq, oxumaq, yazmaq qadağan edildi. Ana dilində danışan türklər cəzalandırıldı. Azərbaycan türkcəsində olan çoxlu sayda kitablar yandırıldı. Proses onun oğlu Məhəmmdrza şahın hakimiyyəti illərində də davam etdi. 1945-46-cı illərdə qurulan Azərbaycan Milli Hökuməti ABŞ, SSRİ, Böyük Britaniya, Fransa və başqa xarici qüvvələrin hərbi-siyasi yardımı ilə qan içində boğuldu. 1946-cı il dekabrın 11-də hökumət devrildi, dekabrın 17-də isə türkcə kitablar kütləvi şəkildə yandırıldı. Bu, Azərbaycan türkünə qarşı repressiya və assimilyasiyanın daha sərt və qəddar şəkildə davam etdiyi illər idi.
Politoloq Sədrəddin Soltan deyib ki, əslində, hakimiyyət türklərin assimilyasiyasını həyata keçirməyi qarşısına məqsəd kimi qoyub. Analitikə görə, assimilyasiyanın tərkib hissələrindən biri də ərazilərin parçalanması, yeni bölgələrin yaradılmasıdır: "Bununla da Tehran hakimiyyəti Güney Azərbaycanı kiçiltməyə çalışır. O, ötən yüz ilin əvvəllərində vahid əraziyə malik olub. Ərazilərin bölünməsi Qacarlar sülaləsinin hakimiyyətinin (1795-1925) son dönəminə təsadüf edib. Bunun əsası 1906-cı ildə ölkə ərazisinin əyalətlərə bölünməsi ilə qoyulub. Bölgüyə əsasən, ölkə 12 vilayətə və bu vilayətlərin mərkəzləşdiyi 4 əyalətə - Şimal, Cənub, Qərb və Mərkəzi bölünmüşdü. Pəhləvi hakimiyyətinin süqutuna doğru Güney Azərbaycanın ərazisi, əsasən, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Həmədan əyalətləri (ostan) arasında bölünmüşdü. İndiki rejim bu ostanların ərazisindən əlavə olaraq üç ostan və daha kiçik inzibati vahidlər yaratdı. Nəhayət, panfarsçılar “Türklərsiz İran” şüarını əllərində bayraq etməklə Azərbaycan türklərinə qarşı assimilyasiya siyasətini daha da sərtləşdirməyə başladılar. Son yüz ildə panfarsçılıq Güney Azərbaycan türkünün dilini, mədəniyyətini danıb ərazilərini parçalamaqla assimilyasiya edib. Bu siyasət dəyişməyib. Qərb nökəri sayılan pəhləvilər nə edirdisə, özünü islamın dayağı sayan indiki teokratik rejim də Güney Azərbaycana qarşı eyni siyasəti aparır. Bu baxımdan İran hakimiyyətinin Qərbin nökəri saydığı Pəhləvidən heç bir fərqi yoxdur. Çünki şahın da, Xomeyni rejiminin də siyasi ideologiyasının əsasında panfarsçılıq durur. Onlar Azərbaycan türkünün assimilyasiyasında bir-birilərini tamamlayırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya