
Vilayətinin sülh mesajında gizli minalar var
Yusif Nəzərli
08:28 22.11.2022
Cəmiyyət
445
Onun açıqlaması Azərbaycan və azərbaycanlılara qarşı təhrif və böhtanlarla, tarixi saxtakarlıqlarla doludur
İranın Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti son zamanlar Azərbaycanla İran arasında yaşanan gərginliklə bağlı açıqlama verib. Vilayəti İran siyasi hakimiyyətinin nüfuzlu şəxslərindən biridir. Ölkənin xarici siyasətini demək olar ki, məhz o müəyyənləşdirir. Deyib ki, əgər bir gün Azərbaycan Respublikası xarici ölkə tərəfindən hücuma məruz qalsa, İran dəstək üçün Azərbaycan Respublikasının yanında olacaq: "İranın qüdrəti dostlarımıza deyil, İran və Azərbaycanın və həmçinin digər qonşularımızın düşmənlərinə qarşıdır. Azərbaycan xalqı bizim gözümüzün nurudur. Son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayırlar. Bu, İrana qarşı namərdcəsinə atılan böhtandır. İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur. Xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan xalqı gözümüzün işığıdır...". Xatırladaq ki, Vilayətinin məqaləsi genişdir, lakin əksər media qurumları sadəcə "müsbət" məqamları tirajlayıblar. Halbuki, Vilayətinin məqaləsinin xeyli yerində hədyanlar, böhtanlar yer almaqdadır. Ekspertlərə görə, İran rəsmisi açıqlaması ilə əslində ölkəsinin nə qədər çirkin və yanlış siyasət apardığını "etiraf" etmiş oldu. Çünki iki ölkə arasında gərginliyin yaranmasının səbəbkarı İran özüdür. "Ermənistanın ərazi bütövlüyünün pozulması bizim üçün qırmızı xətdir" deyənlər də İran rəsmiləridir. Ermənistana yüksək səviyyəli səfərlər edən, Qafanda konsulluq açan, Təbrizdə Ermənistan konsulluğunun açılması bəyanatını verən də Tehran rejimidir. Ona görə də yaxşı olar ki, İran başqalarının gözündə tir axtarmaqdansa, öz gözündəki çöpü görsün.

Politoloq Turab Rzayev də hesab edir ki, Vilayətinin mesajı Azərbaycan və azərbaycanlılara qarşı təhrif və böhtanlarla, tarixi saxtakarlıqlarla doludur. Analitikin fikrincə, burada dostluq və qardaşlıq mesajı görmək çox çətindir:
"Mətnə diqqət yetirdikdə Azərbaycan Respublikasına və xalqına qarşı iddialar, Azərbaycan mirasına iddialar hər sətirdə mövcuddur. Bütün problemlərdə sionistlər (İsrail) və türklər (Türkiyə) səbəb göstərilir. Mətnin əsas çağırışı isə ənənəvi olaraq deyilən, "İranı azərbaycanlılar idarə edir, siz digərlərinə (kürd, bəli, ərəb, sünni) qoşulmayın, öz dövlətinizi qoruyun" mesajıdır. Beləliklə, Vilayətinin dostluq, qardaşlıq və sülh mesajı gizli minalarla doludur. "İran Azərbaycan ilə eyni irqi, dili, dini, adət-ənənəsi və tarixi bölüşür". Burada açıq şəkildə Azərbaycan xalqı fars (və ya İran) xalqı kimi təqdim edilir. "Baxmayaraq ki, bizimlə Arazdan şimalda yaşayan azərbaycanlılar arasında ayrılıq var..." deyən Vilayəti bu sözləri ilə Azərbaycan dövlətini və millətini İranın uzantısı kimi görməyə davam edir. Mətndə 4 dəfə "sionistlər " ifadəsi keçir. Azərbaycan İsraildə səfirlik açdığı dönəmdə, bu, bizə qarşı açıq təhdiddir. Türkiyə hədəf göstərilir. Qardaş ölkənin "Daily Sabah" nəşri İrandakı azərbaycanlıları üsyana çağırışda ittiham edir. Guya türklər 1918-ci ildə Azərbaycan Cümhuriyyətinə "hücum ediblər". Məqalədə xalqların minillik dostluqları göstərilsə də, həmişə farsların üstün olduğu xüsusi diqqətə çatdırılır. Halbuki, tarix tərsini sübut edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm