4 körpənin qatili kimdir? - Həqiqət 20 il sonra üzə çıxdı
12:29 05.06.2023
Dünya
623
Bir zamanlar Avstraliyanın ən qatı cinayətkarı hesab edilən Kathleen Folbigg 20 ildən sonra bəraət alıb. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, 4 körpəsini öldürməkdə şübhəli bilinərək həbs edilmiş qadın bu cinayəti işlətmədiyinə dair təkzibedilməz faktlar ortaya qoya bilib.
Kathleen Folbiggin övladlarının dördü də 2 yaşına çatmamış vəfat ediblər. 1989-cu ildə 19 günlük körpə Caleb, 1991-də 8 aylıq Patrick, 1993-də 10 aylıq Sarah və 1999-da 18 aylıq Laura vəfat edib. Uşaqların bu şəkildə ard-arda vəfat etmələri əlbəttə ki, heyrət və şübhə doğurub. Bu, qorxu filmlərinin ssenarisini xatırladırdı. Tibbi müayinələr zamanı körpələrdən ikisinin qəfil uşaq ölümü, üçüncünün boğularaq ölməsi, dördüncü uşağınsa “səbəbi bilinməyən” ölümlə üz-üzə qaldığı məlum olub. Bu vəziyyətdə şübhələr uşaqların anası Kathleen Folbiggin üzərinə yönəlib. Qadın həbs edilib və barəsində istintaq başlayıb. Lakin Kathleen övladlarını öldürdüyünü daim inkar edib. Lakin ikinci dərəcəli sübutlar əsasında qadına övladlarını boğaraq öldürmək cinayəti “təsdiqlənərək” 25 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Kathleen həbsdə olsa da, günahsız olduğunu israr etməkdən vaz keçməyib və vəkili vasitəsiylə hüquqlarını qorumaqda davam edib. Nəhayət, alman elm adamlarının araşdırması nəticəsində uşaqların təbii səbəblərdən vəfat etdiyi bilinib. Alman alimlər qadının və iki qız övladının nadir genetik formula sahib olduğunu, oğlunun da gizli qalan nevrogenetik çatışmazlıq səbəbindən ölə biləcəyi versiyasını irəli sürüblər. Alimlərin təqdim etdiyi elmi əsasları qəbul etməyə məcbur qalan prokuror istintaq hərəkətlərini yenidən başladıb. İsitntaq bu dəfə 4 körpənin də təbii səbəblərdən vəfat etməsinə dair güclü dəlillər olduğunu qəbul edib və qadının öz övladlarını qətlə yetirməsinə dair əvvəllər irəli sürülmüş dəlillərin keçərli olmadığılna dair qərar verib. Beləliklə Kathleen Folbigg 20 il sonra bəraət alaraq azadlığa buraxılıb. “K.Folbigg işi” davası, Avstraliyanın ən böyük ədalət xətası hesab edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya