
"Azərbaycan Türkiyənin maraqlarında birinci yerdədir"
Yusif Nəzərli
09:06 13.06.2023
Gündəm
552
Azərbaycan Respublikasına dövlət səfərinə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. R. T. Ərdoğan Azərbaycan əsgərlərini salamlayıb. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri Ərdoğana, Türkiyə nümayəndə heyəti isə İ. Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında ölkə liderlərinin qarşısından keçib.
Bu görüşü "Sherg.az"a dəyərləndirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, Ərdoğanın Prezident seçildikdən sonra ilk Azərbaycana rəsmi səfər etməsi iki ölkənin qardaşlığının bariz nümunəsidir:
“Azərbaycan-Türkiyə dostluğu hər zaman var olub və olacaq da. Ancaq məsələlərə geopolitik nöqteyi nəzərdən baxdığımız zaman görürük ki, Azərbaycanın dünya miqyasındakı mövqeyi, böyük dövlətlərin maraqları çərçivəsinə girməyə başlayıb. Xüsusilə də Rusiya-Ukrayna müharibəsindən sonra dəyişmiş geopolitik vəziyyətdə və yeni dünya nizamının qurulmasında Azərbaycanın çox əhəmiyyətli rolu var”.

Analitik əlavə edib ki, həm Rusiya, həm Avropa ölkələri, həm də Şərq dövlətləri Azərbaycana böyük önəm verirlər:
“Ərdoğanın Bakı səfəri isə dostluq, qardaşlıq münasibətləri ilə yanaşı, Azərbaycanın son illərdə dünyada əldə etdiyi mövqeyi ilə əlaqədardır. Türkiyənin əlbəttə ki, öz maraqları var və Ərdoğan daha 5 il Prezident olacaq. Ondan sonra kimin gələcəyindən asılı olmadan, Azərbaycanın Türkiyənin dövlət maraqları çərçivəsində yer alması müzakirə mövzusudur. Ona görə də biz cənab Ərdoğanı salamlayır və dəstəkləyirik. Həmçinin bundan sonra da iki ölkə arasındakı dostluğun inkişaf etməsini arzu edirik. Ümumiyyətlə hər bir ölkənin öz maraqları var və Azərbaycan Türkiyənin dövlət maraqlarında birinci yerdə dayanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm