Ceyhun Bayramov Hakan Fidanla birlikdə QDİƏT XİN Şurasının video-konfrans formatında İCLASDA
Yusif Nəzərli
12:56 13.06.2023
Gündəm
341
İyunun 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla birlikdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında 46-cı iclasında iştirak edib.
Bu barədə "Report"a XİN-in Mətbuat xidmətindən bildirilib.
QDİƏT-in fəaliyyətdə olan sədri, Serbiya Respublikası Baş nazirinin birinci müavini və xarici işləri İvica Daçiçin sədrliyi ilə keçirilən iclasda çıxış edən nazir Ceyhun Bayramov tədbir iştirakçılarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Azərbaycan tərəfindən regionda sülhün təmin edilməsi istiqamətində səyləri barədə ətraflı məlumat verib.
Nazir işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasının, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğunu beynəlxalq nəqliyyat və kommunikasiya bağlantılarının, habelə Zəngəzur dəhlizinin yaradılmasının müsbət təsirlərini diqqətə çatdırıb. Avropaya qaz ixracı və bu istiqamətdə imzalanan sazişlərin əhəmiyyəti vurğulanıb.
Azərbaycanın QDİƏT-in Mədəniyyət, Turizm, İKT, İnstitusional İslahatlar və Yaxşı İdarəçilik, eləcə də Kiçik və Orta Müəssisələr üzrə İşçi Qruplarında əlaqələndirici-ölkə rolunu həyata keçirdiyi qeyd edilib.
Ölkəmizin eyni zamanda, 2023-cü ilin 1 iyul tarixindən etibarən 2 il müddətinə (iyul, 2023 – iyul, 2025) QDİƏT-in Enerji üzrə İşçi Qrupunda ölkə-əlaqələndiriciliyi funksiyasını da öz üzərinə götürdüyü bildirilib.
İclasın sonunda yekun protokolu və bir sıra vacib qərarlar qəbul olunub və sədrlik Serbiyadan Türkiyə Respublikasına təhvil verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm