
AİB-sədri: əhali yerli yağlara üstünlük verməlidir
11:18 27.11.2023
Sağlamlıq
559
2023-cü ilin 10 ayı ərzində Azərbaycanda şirkətlər xaricdən xam günəbaxan yağının bir tonunu ortalama 1 587 dollara aldıqları halda, cari ildə bu rəqəm 43 faiz azalaraq 910 dollara düşüb.
Bu məlumat Dövlət Gömrük Komitəsinin son hesabatında əks olunub. Sənəddə, eyni vəziyyətin xam qarğıdalı yağında da müşahidə edildiyi diqqətə çatdırılır. Belə ki, Azərbaycana xam qarğıdalı yağının bir tonu 2022-ci ilin ilk üç rübündə orta hesabla 1 586 dollara idxal edildiyi halda, bu rəqəm cari ildə orta hesabla 1 501 dollar təşkil edib. Bu, illik müqayisədə 5 faiz ucuzlaşma deməkdir. Bundan əlavə, yerli istehsal olan bitki yağlarının pərakəndə satış qiymətlərində də azalma müşahidə olunur. Məsələn, 2022-ci ilin sentyabrında bir litri 5,55 manata satılan günəbaxan yağının qiyməti, cari ilin müvafiq dövrünə 4,37 manata qədər 21 faizlik azalma yaşayıb. Qarğıdalı yağının qiyməti isə 11% aşağı düşüb. Məsələn, 2022-ci ilin sentyabrında bir litri 6,75 manat olduğu halda, 2023-cü ilin eyni dövründə 5,99 manata düşüb.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında “Azad İstehlakçılar İctimai Birliyi”nin sədri Eyyub Hüseynov bildirib ki, duru və günəbaxan yağları 3 kateqoriyyaya bölünür:

"Bu sıraya 1-ci, əla növ və premium markalı yağlar aiddir. Ölkənin əmtəə bazarında hər 3 növdə yağ növü var. Təəssüflər ki, premium növ yağlar çox azdır. Misal olaraq Rusiyada idxal olunan "sun palermo" premium markalı yağdır. Azad İstehlakçılar birliyinin tədqiqatı onu göstərir ki, MDB məkanı mövcud olan qiymətlərlə müqayisədə Azərbaycanda duru yağların qiyməti heç də yüksək deyil. Baxmayaraq ki, 2 il öncə Rusiya duru yağ bazarında qiymətləri qaldırdı. Lakin ölkədəki qiymətlərə təsir etmədi. Duru və günəbaxan yağları Azərbaycana digər növləri də xammal şəklində gətirilir, qablaşdırılır. Günəbaxan yağlarının əksəriyyəti xaricdən gətirilib ölkədə qablaşdırılan yağlardır. Günəbaxan yağlarında yerli istehsal çox kiçik səviyyədədir. Onu da qeyd edim ki, əhali yerli yağlara üstünlük verməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat