
Bölgədə təhdid mənbələri qalmaqdadır: Azərbaycan, Türkiyə və Gürcüstan...
07:16 29.11.2023
Gündəm
416
Bakıda müdafiə nazirlərinin müzakirələri regionda rəqib aktorlar arasında daha geniş rəqabətin əlamətlərinə vurğudur
Dünən Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri arasında üçtərəfli görüş keçirilib. Görüşdə xalqlarımızın əsrlər boyu mehriban qonşuluq və dostluq şəraitində yaşadığı, bu gün də dövlət və hökumət başçılarımızın rəhbərliyi ilə bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi qeyd edilib. Bildirilib ki, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq xalqlarımızın rifahının təmin olunması baxımından böyük önəm kəsb edir.
Üçtərəfli görüşdə regionun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsinin vacibliyi qeyd olunub. Müdafiə nazirləri üçtərəfli təlim və treninqlərin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Müdafiə sahəsində üçtərəfli əməkdaşlığın genişlənməsinin sadəcə ölkələrimiz üçün deyil, eləcə də, bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə də öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. Görüşdə hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Sonda media nümayəndələri üçün mətbuat konfransı keçirilib və üçtərəfli görüşün yekununa dair protokol imzalanıb.

Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Bakıda müdafiə nazirlərinin müzakirələri regionda rəqib aktorlar arasında daha geniş rəqabətin əlamətlərinə vurğudur. Ekspertə görə, bölgədə təhdid mənbələri qalmaqdadır:
"Hərçənd Azərbaycan ən böyük təhlükə mənşələrini iki mərhələdə məhv edib. Azərbaycanın 44 günlük müharibədə Ermənistanı sarsıdıcı məğlubiyyətə uğradıb Zəfər qazanmasıdır. Bunun davamı olaraq Qarabağda separatizmə qarşı keçirilən antiterror əməliyyatları regionda separatizmin məhvi ilə nəticələndi. Lakin Cənubi Qafqazda Azərbaycanın yaratdığı reallıqları qəbul etməyən, Bakının strateji tərəfdaşı Gürcüstanı oyuna cəlb edib fərqli “səngər qazmaq” cəhdləri baş qaldırır.
Bu, Azərbaycan və Türkiyənin strateji müttəfiqliyi üçün də təhdid yaradır. Çünki həm Bakı, həm də Ankara Tbilisini regional təhlükələrdən qoruyurlar. Məsələn, bəlkə də, Azərbaycan və Türkiyə Rusiyanın Gürcüstana qarşı radikal tonunu dəyişməsinə təsir edirlər. İstər Azərbaycanın, istərsə də Türkiyənin Rusiya ilə əlaqələrindəki rəng ürəkaçandır. Lakin burada Türkiyənin başqa bir narahatlığı da üzə çıxır, söhbət Qara dəniz hövzəsində Ukraynadakı münaqişədən sonra ikinci cəbhənin açılması ehtimalıdır".
Analitik düşünür ki, bu məqamda Türkiyənin həm strateji maraqları, həm də NATO üzvü kimi manevrləri önə çıxır:
"Deməli, Türkiyənin strateji müttəfiqi Azərbaycanla birlikdə Gürcüstanı mühafizə etmək potensialı müştərək müdafiə qabiliyyəti ilə paralel şəkildə Qərblə Rusiya arasında peşəkar manevr etmək qabiliyyətinə dayanır. Amma regionun dalğalandırılmasından ötrü yeni planların mövcudluğu təhlükəsizlik tablosunda həssaslıq yaradır. Həssas mənşələrin regiondakı reallıqların yeni cihazları ilə yoxlanılıb zəruri müdafiə tədbirlərinin görülməsi indi Bakı-Ankara strateji müttəfiqliyinin qarşısında duran çağırışdır.
Burada dəqiqləşməlidir ki, hansı həddə qədər təmkin göstərmək, təxribata uymamaq lazımdır. Gürcüstan da təhlükəsizlik aspektlərini irəlilətmək məntiqini Bakı və Ankara ilə müzakirə etmək üçün müdafiə nazirini Azərbaycana yollayıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat