Kremlin təsir mexanizmi: Ermənistan KTMT-dən çıxır?
10:07 15.12.2023
Dünya
475
MDB və KTMT üzvlüyünə xitam verilməsi Ermənistanın maraqlarına cavab vermir.
Bunu Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.
“Ermənistanda Qarabağla bağlı çətin proseslər gedir. Axı Qarabağdan biz imtina etməmişik. Qarabağın Azərbaycanın bir hissəsi olduğunu Ermənistan tanıyıb. Bunu həvəsli şəkildə etdilər. Və bizə xüsusi məlumat verilmədi”, - o bildirib.
Putin qeyd edib ki, Paşinyanın KTMT tədbirlərində iştirak etməməsi inteqrasiya birliklərində fəaliyyətini davam etdirmək istəyib-istəməməsi ilə bağlı deyil, Ermənistanın özündə baş verən daxili proseslərlə bağlıdır
Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Sherg.az"a bildirib ki, Ermənistanla Rusiya arasında ziddiyyətlər getdikcə dərinləşir və qarşılıqlı ittihamlar artıq yüksək müstəviyə qalxır:
“ Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak etmək istəmir. Onlar açıq şəkildə sözügedən blokdan imtina edirlər. Qərb tərəfindən də rəsmi İrəvana KTMT-dən çıxması üçün ordunun təkmilləşdirilməsi, müassir silahlarla təmin olunma kimi şirnikləşdirici vədlər verilir. Eyni zamanda Rusiya da KTMT çərçivəsində Ermənistanı itirmək istəmir. Baxmayaraq ki, bu gün Rusiyanın Ermənistana güclü təsir mexanizimləri var, amma Kreml həmin mexanizmlərdən istifadə etmir. ABŞ-lə Ermənistan arasında Rusiyanın təzyiqlərindən yayınmaq üçün bir neçə maddəlik yol xəritəsi hazırlanıb”.
Politoloq hazırda Rusiyanın başının Ukrayna cəbhəsinə qarışdığını və Ermənistanında bundan istifadə etdiyini vurğulayıb:
“Amma hazırki vəziyyətə baxmayaraq Rusiya Qafqazı itirmək niyyətində deyil. Onun üçün həm 102-ci bazanı çıxarmayacaq, həm də maksimum dərəcədə Cənubi Qafqazda qalma vaxtını uzatmağa çalışacaq. Rusiya hələ ki, Ermənistana qarşı ciddi təzyiqlər etmir. Yuxarı Lars yolunda müəyyən bəhanələrlə siyasi məqsədlərin icrasını görürük, amma əlbəttə ki, bu yetərli deyil. 2024-cü il seçkilərindən sonra Rusiyanın Ermənistana qarşı daha sərt addımlarının şahidi ola bilərik. Təbii ki, buda rəsmi Kremilin Ukrayna müharibəsindəki nəticəsindən aslı olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm