Mülki Məcəllənin təkmilləşdirilməsi üzrə konsepsiya sənədi hazırlanıb
12:00 15.12.2023
Gündəm
402
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” İşçi qrupunun ilk iclası keçirilib. İşçi qrup Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təşəbbüsü ilə yaradılıb.
"APA-Economics" xəbər verir ki, iclasda Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, İşçi qrupun rəhbərliyi, İqtisadiyyat, Maliyyə və Ədliyyə nazirlikləri, Bakı Apellyasiya Məhkəməsi və digər dövlət orqanlarının (qurumlarının) məsul şəxsləri, universitetlərin, hüquq şirkətlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də vəkillər və mülki hüquq sahəsinin ekspertləri iştirak ediblər.
İclası giriş sözü ilə açan Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bildirib ki, ölkəmizdə iqtisadi sahədə münasibətləri, o cümlədən biznes fəaliyyətini tənzimləyən başlıca və ən əsas qanunvericilik aktı olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi ölkədə biznes mühitinin və bir sıra beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılmasına mühüm töhfələr verəcək.
Daha sonra iclasa rəhbərlik edən İşçi qrupun rəhbəri, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov Azərbaycan Respublikası Mülki Məcəlləsinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsinin ölkəmizdə biznes və investisiya mühitinin əlverişliliyinin artırılması və bu sahədə mütərəqqi tənzimləmənin təmin edilməsi istiqamətində atılan mühüm addımlardan olduğunu vurğulayıb.
İclasın gedişatında iştirakçılar tərəfindən işçi qrupun 2024-cü il üzrə Fəaliyyət Planı müzakirə edilib və həmin ildə ilkin olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi üzrə konsepsiya sənədi hazırlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə