Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
09:51 11.01.2024
Ədəbiyyat
1629
Yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “Səhra savaşı” romanı bu günlərdə Güney Azərbaycanda nəşr olunmuşdur. Təbrizin nüfuzlu “ANAS” nəşriyyatında yayınlanan kitabı əski əlifbaya Milad Teymuri (Teymur Turanlı) çevirmişdir.
“İnsan dənizi” romanı müəllifin Güney Azərbaycan oxucularına təqdim olunan ilk kitabı deyildir. Bundan öncə yazarın eyniadlı romanı tanınmış türkoloq Dr.Böyük Mollayinin fars dilinə çevirisində Tehranda (2014) və Zəncanda (2015) kütləvi tirajla yayınlanmışdır. Həmçinin müəllifin “Səhra savaşı” romanı, povest və hekayələrdən ibarət “Heçlik vadisi” kitabıTehranda və Təbrizdə əski əlifbada nəşr olunmuşdur.Vaqif Sultanlının dr.İrəc İsmayılla birgə hazırladığı “Güney Azərbaycan nəsri: başlanğıcdan günümüzədək” antologiyası da İranda işıq üzü görmüşdür.
Hadisə və əhvalatların ötən əsrin səksəninci illərində cərəyan etdiyi “İnsan dənizi” romanında ölüm cəzasından qaçıb yad şəhərə sığınaraq gizli şəkildə ömür sürən qəhrəmanın taleyi fonunda cəmiyyətin mənəviyyatına yoluxmuş özgələşmə problemi bədii həllini tapmışdır.Yazıçı baş qəhrəmanın daxili dünyasının dərinliklərinə varmaqla mövcud sosial ziddiyyətlərin mahiyyətini oxucuya çatdırmağa çalışmış, bununla da cəmiyyətdən təcrid edilərək yaşamağın mürəkkəb və mümkünsüz olduğunu real, gerçək lövhələrlə yarada bilmişdir. Romanda, dolayısı ilə sovet siyasi rejimi dönəmində dəyərlər sisteminin dağılması iləinsanların yaşadığı cəmiyyətə uyğunlaşa bilməməsinin gətirdiyifaciələr inandırıcı cizgilərlə canlandırılmışdır.
Azərbaycan oxucularına ilk dəfə 1991-ci ildə təqdim edilən “İnsan dənizi” romanı çeşidli dillərə tərcümə olunaraqBöyük Britaniya, ABŞ, Misir, Türkiyə, Almaniya, Rusiya və başqa ölkələrdə yayınlanmışdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm