
Hər işdə bir HİKMƏT var
09:32 13.01.2024
Gündəm
670
Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsinin ehtiyata və istefaya göndərilməsi qarşıdakı günlərdə baş verəcək hadisələrin anonsudur “Yaxın vaxtlarda ola bilsin, Mirzəyevlə bağlı yeni xəbərlər eşidək. Böyük ehtimalla yaxın aylarda müdafiə naziri mülki şəxs olacaq”
Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib. Digər qərara əsasən, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib. General-leytenant Ənvər Əfəndiyev Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub. Qeyd edək ki, Ənvər Əfəndiyev 2021-ci il tarixində müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib. Xüsusi Təyinatlı Qüvvələrin komandanı general Hikmət Mirzəyevin təyinatına ölkə daxilindən kənarda da reaksiyalar gəlməkdədir. Rusiyalı politoloq İqor Korotçenko deyib ki, Hikmət Mirzəyevin Azərbaycan müdafiə nazirinin müavini təyin edilməsi həm xidmətlərin, həm də Azərbaycan Ordusunun gələcək inkişaf meyillərinin göstəricisidir: "Mirzəyevin təyinatı Prezident İlham Əliyevin son dərəcədə uğurlu, əsaslı, dəqiq və “beşlik” adlanacaq kadr qərarıdır".
Müdafiə Nazirliyində baş verən dəyişiklikləri "Sherg.az"a dəyərləndirən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib ki, Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsinin ehtiyata və istefaya göndərilməsi qarşıdakı günlərdə baş verəcək hadisələrin anonsudur. Ekspert vurğulayıb ki, istefaya göndərilənlərdən biri də Milli Müdafiə Universitetinin (Hərbi Akademiya) rektoru, professoru Heydər Piriyevdir:

"General rütbəsində olan başqa bir idarə rəisi də ehtiyata buraxılıb. O cümlədən, qeyd olunduğu kimi, Quru Qoşunlarının Komandanı Ənvər Əfəndiyev istefaya göndərilənlər arasındadır. Amma vurğulandığı kimi, adıçəkilən generallar xidmətdə olmanın son yaş həddi ilə əlaqədar ehtiyata buraxılıblar. Bəzən sosial şəbəkədə, saytlarda yazırlar ki, guya, dəyişikliklər son vaxtlar Müdafiə Nazirliyində baş vermiş korrupsiya halları ilə bağlıdır. Amma bunların o məsələlərə heç bir dəxli yoxdur".
Polkovnik Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin müdafiə nazirinin müavini təyin olunması xəbərinin gözlənilməz olduğunu söyləyib: "O mənada gözlənilməz oldu ki, Hikmət Mirzəyevin daha yüksək vəzifəyə təyin olunmasını gözləyirdik. Çünki H.Mirzəyev həm Birinci Qarabağ savaşında, həm də 44 günlük müharibədə iştirak etmiş Vətən müharibəsi qəhrəmanıdır. Çox prinsipial və ləyaqətli generallardan biridir. Hesab edirəm ki, onun indiki vəzifəyə təyin olunması sonuncu pillə deyil. Yaxın vaxtlarda ola bilsin, Hikmət Mirzəyevlə bağlı yeni xəbərlər eşidək. Böyük ehtimalla yaxın aylarda müdafiə naziri mülki şəxs olacaq. Çünki 2025-ci ilədək Türkiyə modelinə keçməliyik. Türkiyədə müdafiə naziri mülki şəxsdir, Baş Qərargah rəisi isə hərbçidir. Yaxın aylarda yeni simaları, adları görə bilərik. Ancaq indiki halda baş verənlər normal prosedurdur və "Hərbi xidmət haqqında" qanunun tələblərinə uyğundur. Bunu başqa yerlərə yozmağın mənası yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə