Zahid Oruc: Sovet dövründə yaşamış adamların "bizim ayağımıza gəldilər, saydılar" deyə rəyləri var
10:07 17.01.2024
Siyasət
642
2024- cü il Fevral ayının 7 sində keçiriləcək Prezident seçkiləri ilə bağlı namizədlərin təbliğat işləri davam etməkdədir.
Yanvarın 15- dən etibarən başlayan təbliğat işləri barədə "Sherg.az"a danışan prezdentliyə namizəd, millət vəkili Zahid Oruc bildirib ki, son 50 ilin seçki prosesi ilə müqayisədə hazırda namizədlərin vətəndaşlarla ünsiyyət platformalarında, PR üsullarında, komandalarının seçdiyi taktikalarda böyük bir tərəqinin baş verdiyini görürük:
"Son 10 ildir rəqəmsal sistem cəmiyyət həyatına o cür nüfuz edib ki, indi artıq seçkilərin talehinin suni intelekt texnologiyalarından aslı olduğu rəyi meydana çıxıb. Bu adi yanaşma deyil və həqiqətən də effektiv nümunələri mövcuddur. Hazırda Azərbaycan da daxil olmaqla dünyanın bütün ölkələrində namizədlər ilk növbədə daha əlçatan sosial şəbəkələr, saytlar, televizya kanalları və s. kimi kamnukasiya vasitələrini akiv istifadə edirlər".
Z.Oruc namizəd kimi qarşına qoyduğu məqsədin millətə 30 il bundan öncəki gündəliklə hazırki gündəliyin dəyişdiyi mesajını vermək olduğunu vurğulayıb:
"Azərbaycanın indiki dövrü qələbə ilə xarakterizə olunur deyə hamılıqla bu prosesə qatqımız olmasına çalışmalıyıq. Bizim televizya və müxtəlif internet resurslarından istifadəyə dair planlarımız mövcuddur. Ancaq şübhəsiz ki, vətəndaşlarla mütəmadi əyani görüşlərin keçirilməsidə nəzərdə tutulub. Fevral ayının 5-nə kimi bu istiqamətdə fəaliyyətlərimiz davam edəcək. Bizim üçün ən önəmli məsələ vətəndaşlarla dialoq platformalarıdır. Elektron idarəçilik, rəqəmsallıq heç bir halda vətəndaşlarla birbaşa ünsiyyəti ortadan qaldırmamalıdır. Doğrudur, bu böyük bir inqilabdır. Artıq istənilən bir informasiyanı tvit şəklində çox sayda və uzaq məsafədə yerləşən insanlara çatdırmaq mümkündür. Amma buna rəğmən bizim üçün əyani görüşlər olduqca əhəmiyyətlidir. Xüsusilə sovet dövründə yaşamış adamların "bizim ayağımıza gəldilər, saydılar" deyə rəyləri var. Bu rəy qətiyyən diqqətdən kənar qalmamalıdır. Bundan sonrada görüşlərimiz davam edəcəkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya