Agentlik: Valideyn övladının himayəsindən imtina edirsə, həmin uşağın ailə qayğısında böyümə haqqı var
Yusif Nəzərli
07:36 04.04.2024
Sosial
521
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müavinət ödənir. Bu zaman həmin uşağın valideyni deyə bilər ki, olmazmı həmin müavinət onların özünə ödənsin?
APA xəbər verir ki, bunu “Himayədar ailə” qayğı modeli barədə məlumatlandırma mövzusuna həsr olunan ictimai dinləmədə Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev deyib.
“Bu haqlı sualdır. Lakin bir valideyn övladına baxa bilmədiyini deyirsə, əməkdaşlarımız həmin ailə ilə maraqlanır. Biz bu məsəyə həssas yanaşırıq. Ailənin ehtiyaclarını, onların hansı formada təmin edilə bilməsi yollarını müzakirə edirik. Lakin bir valideyn öz övladının himayəsindən imtina edirsə, bu zaman həmin uşaqların ailə qayğısında böyümə haqqı var. "Himayədar ailə" modeli də buna hesablanıb”.
Bakı şəhər Baş Polis İdarəsinin polkovniki Kəmalə Əkbərova deyib ki, hələ də uşağına baxmaq, qayğısına qalmaq istəməyən valideynlər var.
O deyib ki, gecə saat ikidə övladını bölmənin qarşısına qoyan, baxa biımədiyini deyib imtina edən valideynlər var.
"Biz həm fərdi, həm də ümumi qaydada tədbirlər həyata keçiririk ki, uşaqların hüquqları müdafiə olunsun", - deyə o əlavə edib.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ictimai dinləmə keçirilib.
Görüşdə Agentliyin, eləcə də dövlət və bələdiyyə orqanlarının nümayəndələri qeyri-hökumət təşkilatlarının təmsilçiləri, təhsil işçiləri, tələbələr, mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər.
Əvvəlcə Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.
Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev “Himayədar ailə” qayğı modeli, bu modelin üstünlükləri, müraciət formaları və digər vacib məqamlar barədə iştirakçıları məlumatlandırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın üzvü İradə Rzazadə, Bakı şəhər Baş Polis İdarəsinin polkovniki Kəmalə Əkbərova və digər çıxışçılar mövzu ilə bağlı fikirlərini bildiriblər.
Agentliyin nümayəndələri “Himayədar ailə” institutunun hüquqi əsasları, himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirmə prosesi barədə təqdimatlarla çıxış ediblər.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya