Bu maşınlara şəhadətnamələr yeni formada verilir
Bu maşınlara şəhadətnamələr yeni formada verilir
07:45 24.06.2024
Cəmiyyət
475
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən verilən “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə” beynəlxalq daşımalar üçün də keçərli oldu.
Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Belə ki, “Nəqliyyat vasitələrinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə”nin formasının beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə müvafiq dəyişiklik əsasında Agentlik tərəfindən şəhadətnamələrin beynəlxalq tələblərə uyğun yeni formada verilməsinə başlanılıb.
Qeyd edək ki, əvvəllər verilən şəhadətnamələr “Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında” Avropa Sazişinin tələblərinə uyğun olmadığından, fiziki və hüquqi şəxslər tərəfindən təhlükəli yüklərin beynəlxalq daşınmasında çətinliklər yaranırdı. Belə ki, təhlükəli yüklərin daşındığı nəqliyyat vasitələri xarici dövlətlərlə sərhəddə saxlanılır və beynəlxalq daşımaya uyğun şəhadətnamə tələb edilirdi. Nəticədə ixrac və ya idxal olunan təhlükəli yüklərin avtonəqliyyat vasitələri ilə beynəlxalq daşınması Azərbaycan Respublikasının daşıyıcıları tərəfindən deyil, Sazişə qoşulmuş digər ölkələrin şirkətləri tərəfindən həyata keçirilirdi.
Beləliklə, şəhadətnamənin yeni forması yuxarıda qeyd olunan problemi həll etməklə yanaşı, milli qanunvericiliklə beynəlxalq saziş arasındakı uyğunsuzluğu aradan qaldırır, eyni zamanda yerli daşıyıcıların potensial müştərilər qarşısında nüfuzunu artırır və yeni iş imkanları yaradır.
Facebook
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual