Azərbaycan ABŞ-dəki seçkilərin istənilən nəticələrinə hazırdır
07:26 17.07.2024
Gündəm
351
Trampın, yoxsa Baydenin qalib gələcəyi ehtimalları qoy bizi yox, erməniləri narahat eləsin
“ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi kimin necə adlandırmasından asılı olmayaraq ilk növbədə məhz klassik siyasi terror aktıdır”. Bu sözləri “Sherg.az"a açıqlamasında Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. Onun sözlərinə görə, indi bəziləri Trampa qarşı bu sui-qəsdin “qlobalistlər” tərəfindən edildiyini bildirir, digərləri isə bunun Trampın seçkiöncəsi reytinqini artırmaq və onun ikinci dəfə prezident seçilməsini təmin etmək üçün öncədən qurulmuş “səhnə”, “ssenari” olduğunu düşünür:
“Bir sözlə, versiyalar bir-birinə qarışıb və konspirologiya həvəskarları üçün də cürbəcür komplo-nəzəriyyələr ilə çıxış etmək imkanı yaranıb. Ancaq önəmli olan bu sui-qəsdin nəticələrinin həm daxili proseslərə, həm də dünyadakı geosiyasi vəziyyətə necə təsir göstərəcəyidir.
Bu teraktı planlaşdıran qüvvələr ilk növbədə Amerika xalqının iradəsinə qarşı çıxış etmiş oldular. Seçicilərin iradəsinə silahlı hücum yoluyla müdaxilə etmək ənənəsi Birləşmiş Ştatlar üçün yeni bir şey deyil. Siyasi zorakılıq halları ABŞ üçün ənənəvi tendensiyadır. Lakin dünya birliyi tamamilə haqlı olaraq ABŞ-də həyata keçirilən sui-qəsd hadisəsini birmənalı olaraq qınayır. Azərbaycan Prezidenti də Trampa qarşı törədilmiş sui-qəsd cəhdini siyasi zorakılıq aktı kimi qiymətləndirdi və siyasi liderlərə qarşı yönəlmiş bu cür radikal hərəkətləri pislədi. İlham Əliyevin bu mövqeyi dünya birliyinin mövqeyi ilə səsləşir. Seçkilərin nəticələrinin qeyri-legitim, hüquqa zidd üsullarla dəyişdirilməsinə hesablanmış bu kimi zorakılıq aktları sıradan bir terror cəhdi deyil, açıq siyasi terror nümunəsidir. Ona görə də siyasi şiddətə, zorakılığa yol açan bu kimi hallar birmənalı olaraq hamı tərəfindən qınanılmalıdır”.
Politoloq deyib ki, ABŞ-də keçirilən prezident seçkilərinin nəticələri heç şübhəsiz ki, dünyanın ayrı-ayrı regionlarındakı proseslərə də bu və ya digər şəkildə təsir göstərir: “Ona görə də qarşıdakı seçkilərdə Trampın və ya Baydenin qalıb gəlməsi təkcə sıravi amerikalıların deyil, dünyanın da diqqət mərkəzindədir. Bu baxımdan ABŞ-də cərəyan edən seçkiöncəsi proseslər Azərbaycanda da diqqətlə izlənilir. Təsadüfi deyil ki, bəzi analitiklər ABŞ-də demokratların hakimiyyətdə qalmasının Cənubi Qafqazın təhlükəsizlik maraqlarına uyğun olduğunu düşünür, digərləri isə Trampın demokratik seçki ilə hakimiyyətə gəlib ABŞ-nin xarici siyasətində köklü dəyişiklik etməsini Azərbaycanın maraqlarına uyğun hesab edir.
Təbii ki, məsələyə bu cür fərqli yanaşmalar subyektiv və obyektiv amillərə əsaslanır. Lakin ümumən götürdükdə isə bizim üçün bunun elə də prinsipial fərqi yoxdur. Bu məsələdə narahat olmalı olan tərəf varsa, o da Ermənistandır. Trampın, yoxsa Baydenin qalib gələcəyi ehtimalları qoy bizi yox, erməniləri narahat eləsin (necə ki edir də). Öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş qalib Azərbaycan isə ABŞ-dəki seçkilərin istənilən nəticələrinə hazırdır. Rəsmi Bakı respublikaçıların da, demokratların da təmsilçisi ilə eyni dərəcədə səmərəli əməkdaşlıq edə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil