
Əvvəllər tələbələrin köçürülməsi pərakəndə şəkildə idi -EKSPERT
13:46 19.07.2024
Elm və Təhsil
690
2024-2025-ci tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrin iyulun 25-dən köçürülməsi üçün sənəd qəbuluna başlanır.
"Report"un Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə istinadən verdiyi məlumata görə, köçürülmə prosesində iştirak etmək istəyən tələbələr 25 iyul 11:00-dan 31 iyul 18:00-dək portaldan (portal.edu.az) qeydiyyatdan keçərək “şəxsi kabinet” yaratdıqdan sonra, istifadəçi adı və paroldan istifadə etməklə müvafiq bölməyə daxil olub, köçürülmək üçün elektron müraciət formasını doldurub təsdiq edə bilərlər.
Bildirilib ki, sənəd qəbulu elektron formada təhsil müəssisələri tərəfindən aparılacaq.
Ali və orta ixtisas təhsil müəssisələrinin normativ təhsil müddətində (sonuncu tədris ili tələbələri istisna olmaqla) təhsil alan və təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamış tələbələr köçürülmə prosesində iştirak edə bilərlər.
Köçürülmə üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal, qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.
Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir.
Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması və tələbənin beynəlxalq səviyyəli imtahanlarda əldə etdiyi nəticələr nəzərə alınan göstəricilər sırasındadır.
Xaricdən köçürülmək istəyən tələbələr qismən akademik tanınma haqqında şəhadətnamə təqdim etməlidirlər. Müraciətçilər qismən tanınma haqqında şəhadətnaməni əldə etmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (tkta.edu.az; 146-8) müraciət etməlidirlər.
Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət hesabına təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
Təhsil eksperti Elçin Süleymanov “Sherg.az”a bildirib ki, əvvəllər tələbələrin köçürülməsi pərakəndə şəkildə idi:

“O zaman kifayət qədər söz söhbətə səbəb olurdu. Xüsusilə də Ukrayna və digər xarici ölkələrdə universitetlərə aşağı bal ilə qeydiyyatdan keçib, daha sonra ölkəmizə köçürülən tələbələr var idi. Elm və Təhsil Nazirliyi bir neçə ildir ki, bu prosesi mərkəzləşdirib. Bu cür söz-söhbətlərə, neqativ fikirlərə son qoyulub. Köçürülmədən ailə vəziyyəti, daha yaxşı təhsil alma məqsədi, həmin universitetdə balına uyğun boş yer olduğuna görə və müxtəlif səbəblərdən dolayı istifadə edilir. Köçürülmədə məqsəd tələbələrə dəstəkdən ibarətdir. Bu proses əvvəllər ildə iki dəfə olurdu və müəyyən çətinliklərlə baş verirdi. Çünki universitetlərin semester imtahanları qışda, yəni fevral ayının 5-nə yekunlaşır və fevralın 15-də yeni semestr başlayırdı. Artıq Elm və Təhsil Nazirinin qərarı ilə bu proses ildə bir dəfə, yay ayında olur. Kifayət qədər vaxt olduğuna görə isə tələbə sənədini universitetdən alaraq oxuyacağı universitetə təqdim edə bilər. Ümumiyyətlə köçürülmə faydalı olaraq istifadə edilməli və inkişafa yönəlmiş olmalıdır. Bu özünü daha da inkişaf etdirmək istəyən tələbələr üçün də bir imkandır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm