
Baxa bilmirdinsə, niyə dünyaya uşaq gətirirsən axı..? - SOSİOLOQ
13:16 07.08.2024
Cəmiyyət
557
Bu cür fikrə düşən insanlar onları öncədən nə gözlədiyini bilməlidir
Sosial şəbəkə hesabında öz övladını satmaq üçün videopaylaşım edən ana ilə bağlı tədbir görülüb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, komitəyə daxil olan məlumat əsasında ətraflı araşdırma başlanılıb.
Qeyd edilib ki, uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirləri dərhal həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə təxirəsalınmaz tədbirlər görülüb, azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.

"Dövlət Komitəsi vətəndaşlara müraciət edərək bu kimi halların qarşısının vaxtında alınmasına müvəffəq olmaq üçün hər kəsi ətrafında baş verən hadisələrə həssaslıqla yanaşmağa və dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırır", - məlumatda vurğulanıb.
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, sağlamlıq vəziyyəti qaydasında olan insan belə elan verməz:
“Yəni qanunu, hüquqları, nəyin cinayət olub-olmadığını qavrayan insan bu cür hərəkət etməz. Sağlamlıq vəziyyəti qaydasında olan insan başa düşür ki, hər şey nəzarət altındadır, yoxlanılır və bütün sosial şəbəkələr bu cür vəziyyətlərə qarşı filtr proqramlar ilə təmin olunur. Belə bir hadisə baş verərsə, anında məsuliyyətə cəlb ediləcək. Mən başa düşdüm ki, uşağını satmağa cəhd edən insanın şüuru qaydasında olmayıb. Anında reaksiya verdiyinə görə hüquq mühafizə orqanlarına və dövlət komitəsinə təşəkkür düşür. Çünki belə vəziyyətlərə qarşı daim nəzarət tətbiq edirlər. Həmin insanı bu hərəkətə nə vadar edib, niyə bu addımı atıb, psixologiyası qaydasındadırmı, sağlamlıq vəziyyətinin hansı yerdə olduğu araşdırılaraq nəticələr barədə ictimaiyyətə məlumat verilməlidir. Bu cür fikrə düşən insanlar onları nə gözlədiyini bilməlidir. Övladına baxa bilmirdinsə, niyə dünyaya gətirirsən axı. Əgər dünyaya gətirib baxa bilmirsənsə, o zaman dövlətin himayəsinə ver. Əslində baxa bilməyib satmaq, gəlir əldə etmək məqsədilə atılmış addımdır. Baxa bilməyib dövlətin himayəsinə vermək dövlət tərəfindən müsbət addım kimi qiymətləndirilər. Bu cür vəziyyətlərdə ana və atanın uşaqdan ayrılmaması üçün dövlət əlindən gələn köməyi edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual