Alergik xəstəliklərin sayı getdikcə artır -Professordan XƏBƏRDARLIQ
13:44 26.09.2024
Sağlamlıq
574
Qax rayonunda faciəli hadisə baş verib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, rayon sakini, 1990-cı il təvəllüdlü Şəhla Əliyevanın səhhəti qəfil pisləşib. Boğulduğunu deyən qadın az sonra vəfat edib.
Yaxınlarının bildirdiyinə görə, Ş.Əliyevanın allergiyası olub. Bu səbəbdən onda qəfil boğulma halı yaranıb və tibbi yardım göstərilənədək dünyasını dəyişib.
Hadisəni dəyərləndirən tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında bildirib ki, alergik xəstəliklərin sayı getdikcə artır:
"Bu qida rasionun günü-gündən dəyişməsi, bəzi ərzaq və tərəvəz məhsullarının vaxtından öncə bazara çıxardılması, onların istehsalında, becərilməsində, müxtəlif gübrələrin, parazit əleyhinə dərmanların istifadə edilməsindən qaynaqlanır. Nəticədə alergik fon dəyişir. Bununla yanaşı, bir çox hallarda güclü alergik reaksiyalar baş verir ki, bronxspazm, xırda bronxların spazmı ölümə gətirib çıxara bilər. Təbii ki, qadının ölümü araşdırılmalıdır. Bundan sonra hadisəyə rəy vermək daha düzgün olar. Fikrimcə, vətəndaşlar ehtiyyatlı olmalıdır. Xüsusən alergiyası olan şəxslər qida və dərman qəbul edərkən diqqətli olsunlar. Xəstəliyin daha da inkişaf etməsinin qarşısını almaq üçün pasiyent allergiya yaradan maddələrlə təmasdan qaçınmalı və simptomların artmasının qarşısını alan bütün şərtlərə əməl etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm