İcmadan ABŞ-a cavab: Bu açıq-aşkar şantajdır!
Yusif Nəzərli
07:00 04.10.2024
Siyasət
321
Qərbi Azərbaycan İcması ABŞ-ın Azərbaycana qarşı mövqeyinə münasibət bildirib.
Sherg.az xəbər verir ki, bu barədə İcma bəyanat yayıb.
Bildirilib ki, Amerika Birləşmiş Ştatlarının bir qrup konqresmeni 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə məktub yazaraq Azərbaycana qarşı qəbuledilməz mövqe ifadə edib:
“Konqresmenlər Azərbaycanın COP29-a ev sahibliyi etməsindən istifadə edərək, Ermənistanın gündəliyinə və regionda yenidən münaqişə yaratmağa xidmət edən bütün məsələlərin, o cümlədən müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların azadlığa buraxılması kimi beynəlxalq hüquqa zidd məsələlərin irəlilədilməsinə çalışırlar. Bu açıq-aşkar şantajdır”.
Qeyd olunub ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar konvensiyaya tərəf dövlətlərin yekdilliklə dəstəklədiyi qərardır:
"Azərbaycanın COP29-a ev sahibliyi etməsi onun ümumbəşəri problemlərin həllinə verdiyi töhfədir. Konqresmenlərin sözügedən COP29 məsələsindən şantaj vasitəsi kimi istifadə cəhdləri təkcə Azərbaycana deyil, bütövlükdə dünyaya və iqlim dəyişikliyi ilə bağlı beynəlxalq səylərə qarşı yönəlib. Şantaj xarakterli müraciətin müəlliflərində Azərbaycana qarşı nifrət o qədər güclüdür ki, onlar azərbaycanlılara qarşı etnik və dini əsasda ayrı-seçkiliklərini, o cümlədən, bir milyondan artıq azərbaycanlının Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmasına, həmin ərazilərin Ermənistan tərəfindən viran qoyulmasına və minalanmasına biganəliklərini heç gizlətməyə də çalışmayıblar. Müraciətin üslubu və məzmunu onun ABŞ Dövlət Departamentində tərtib edilmiş olmasına şübhə yeri qoymur".
İcma yaydığı bəyanatda ABŞ-dən Azərbaycana qarşı şantaj və irqi ayrı-seçkilik siyasətini, eləcə də regionda yeni münaqişə yaratmaq cəhdlərini dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb etdiyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm