
Psixoloqdan çağırış: Bu yaş qrupu üçün “yox” cavabı böyük travmalara səbəb olur
10:28 16.10.2024
Sosial
353
Bu gün intihar edən 17 yaşlı Məhəmmədəli Şamil oğlu Qəmxarov Astara rayonunun Siyaku kənd məktəbinin 11-ci sinif şagirdi olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisəyə səbəb məktəblinin qız istəməsi olub. İlkin ehtimala görə, istədiyi qızdan "yox" cavabı alan M.Qəmxarov yaşadığı evin həyətindəki yarımtikilidə canına qəsd edib. Yeniyetmənin özündən başqa bir bacısı və bir qardaşı var.
Psixoloq-konsultant Zeynəb Əyyubova “Sherg.az”a bildirib ki, bu tip hadisələrə dəfələrlə rast gəlmişik:

''Yeniyetmələrdə bu kimi davranışların səbəblərini açıqlamaq üçün bir neçə əsas məqama toxunmaq olar. Bu yaş qrupu emosional dəyişikliklərin, özünütəsdiq arayışının çox güclü olduğu dövrdür. Bəzən bu, yeniyetmələrin emosional vəziyyətlərə həssaslıqla yanaşmasına və “yox” cavabı kimi rədd edilmələrin böyük travmalara səbəb olmasına gətirib çıxarır. Yeniyetmələr özlərini necə dəyərli hiss etdiklərini hələ tam müəyyən etmədikləri üçün rədd edilmə onlarda şəxsi dəyərsizləşmə hissini yaradır. Bunu qəbul etmək çətin ola bilər. Nəticədə insan bu hisslə özünə zərər vura bilər. Yeniyetmələrə emosiyalarını sağlam yollarla ifadə etməyi və stresli vəziyyətlərdən necə çıxmağı öyrətmək vacibdir. Valideynlər və müəllimlər bu məsələdə mühüm rol oynayır. Onlar yeniyetmələrin hisslərini anlamalarına və düzgün istiqamət tapmalarına kömək etməlidirlər. Ümumiyyətlə yeniyetmələr özlərinə yaxın bir dəstək sisteminin olduğunu hiss etdiklərində belə qərarlara daha az meyilli olurlar. Rədd edilmə ilə necə başa çıxmağın öyrədilməsi yeniyetmələrə uzunmüddətli fayda verir. Bu bacarığın inkişaf etdirilməsi gələcəkdə onların münasibətlərini və emosional sağlamlığını qorumağa kömək edəcək. Belə həssas mövzularda diqqətli olmaq və problemin həllinə yönəlik məsələlərə toxunmaq lazımdır. Bir sözlə, ailələr bu barədə uşaqları ilə təbliğat aparmağa borcludurlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Körfəz faktiki olaraq ABŞ-ın nəzarətinə keçir - RƏY
16:46 31.03.2026
Region
İranın Hörmüz qərarı regionu daha da alovlandırır - TƏHLİL
16:38 31.03.2026
Dünya
Azərbaycanda üç lizinq şirkəti ləğv olunur
16:31 31.03.2026
İqtisadiyyat
"Qalatasaray" Hakan Çalhanoğlunu 15 milyona transfer edə bilər
16:16 31.03.2026
Futbol
Tramp ABŞ-a hərbi dəstək verməkdən imtina edən ölkələri hədələyib
15:30 31.03.2026
Dünya
İranlı general ailə üzvləri ilə birgə öldürüldü - FOTO
15:12 31.03.2026
Hərbi
Kreml Zelenskinin "Pasxa atəşkəsi" təklifində açıq təşəbbüs görmür
14:54 31.03.2026
Dünya
Paşinyan Putinlə görüşmək üçün sabah Moskvaya gedir
14:36 31.03.2026
Siyasət
ABŞ Ukraynanı ərazilərini qurban verməyə məcbur edir- ŞƏRH
14:31 31.03.2026
Dünya
Orban: Zelenski Macarıstanda xaos yaratmağa çalışır
14:27 31.03.2026
Dünya
Paşinyan Aİ-nin monitorinq missiyasının yeni rəhbərini qəbul etdi
14:08 31.03.2026
Siyasət
İtaliya ABŞ hərbi təyyarələrinin Siciliyaya enişinə icazə verməyib
13:51 31.03.2026
Dünya
Aprelin 1-i 25 dərəcə isti olacaq
13:17 31.03.2026
Ekologiya