
İran-İsrail gərginliyi: təhlükəli faza
02:21 30.10.2024
Dünya
622
Biz artıq dünyaya səpələnmiş iranlıların İsrailin nə zaman İranı çökdürəcəyini səbirsizliklə gözlədiyinin şahidi oluruq
İsrailin Baş naziri Benyamin Netanyahu İrana hava hücumundan danışıb. Netanyahu vurğulayıb ki, onların uzunmüddətli hədəfləri İranı yox etməkdir. Netanyahu uzunmüddətli strategiyalarının İranın şər oxunu ortadan qaldırmaq olduğunu və bu məqsədlərindən əl çəkməyəcəklərini açıqlayıb. İrana hava hücumunun hərtərəfli olduğunu iddia edən Netanyahu Tehranın bölgədəki vəkil qüvvələrinin hücumu dəf edə bilmədiklərini müdafiə edib. O, həmçinin Tehrandakı hərbi bölgələri hədəf aldıqlarını və hücumun uğurla başa çatdığını bildirib. Qeyd edək ki, İsrail İranda bir sıra obyektlərə hücum təşkil edib. Hücum F-35-lər də daxil olmaqla, 100-dən çox müasir qırıcılar vasitəsilə həyata keçirilib. İsrail İrana zərbələr zamanı Tehranın cənub-şərqindəki iki gizli hərbi bazaya da ziyan vurub.
Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında deyib ki, İran yarandığı gündən hərbi doktrinasında rəsmi olaraq SSRİ, ABŞ və İsrail düşmən ölkə olaraq qəbul edildi. Ekspertin sözlərinə görə, qarşı tərəfin münasibəti də analoji idi:

"Hələ sovet zamanı hərbidə əsgər və zabit heyətin siyasi dərslərində “İran SSRİ-nin açıq-aşkar düşmənidir” başlıqlı mövzular tədris edilirdi. SSRİ dağıldıqdan sonra isə İranın Rusiyaya münasibəti dəyişsə də, bu birlikdən çıxmış Azərbaycana qarşı dost olmayan münasibəti dəyişmədi. İran öz hərbi doktrinasında İsraili "yer üzündən silmək" planını gizlətmir. O baxımdan İsrailin analoji qarşılığını və öz milli təhlükəsizliyi naminə İranı dövlət olaraq bitirmək cəhdlərini normal qəbul edirəm. Bir çoxları İranın bu addımını İslam kitabında "lənətlənmiş xalq" sayılan yəhudilərin yer üzündən silinməsi kimi xarakterizə edirlər. Lakin İranın Azərbaycana qarşı Ermənistanın yanında yer alması faktı başqa niyyətin olduğunu ortaya qoyur".
Analitikin qənaətincə, bu məsələdə İranın ən çox qorxduğu diktatura rejiminin çökdürülməsi və ölkəyə sivil həyatın dönüşüdür: "İran rejimi bunu təhlükə kimi görür. Ancaq rejim öz xalqı ilə körpüləri çoxdan yandırıb. Biz artıq dünyaya səpələnmiş iranlıların İsrailin nə zaman İranı çökdürəcəyini səbirsizliklə gözlədiyinin şahidi oluruq. Hazırda İranla İsrail arasında davam edən gərginlik getdikcə daha çox təhlükəli fazaya keçir. Münaqişə aktiv hərbi əməliyyatlar mərhələsinə keçərsə, İrana qarşı güclü koalisiya formalaşacaq və bu da İranın bölünməsi ilə nəticələnər. Lakin İran yumşalmaya getməyə məcbur edilə bilər. İran dini dövlətdən ayırmağa məhkumdur və bu qəbul edilərsə, düşünürəm ki, böyük qarşıdurmadan qurtulmaq mümkündür. Hazırda İran İsraili məhv edəcək potensiala malik deyil və İsraili yer üzündən silmək hədəsi də daxili auditoriyaya hesablanmış blefdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət