Rusiya qanunsuz miqrasiya ilə daha çevik mübarizə aparacaq
22:29 29.10.2024
Dünya
681
Reyestr siyahısı da məhz bu mübarizənin daha effektiv icrasını təmin etmiş olur
Krasnoyarskda İstintaq Komitəsinin və Hərbi Komissarlığın əməkdaşları növbəti reyd zamanı Özbəkistan, Qırğızıstan və Tacikistandan olan 229 əmək miqrantını həbs ediblər. Bu barədə "İndiki zaman" ("Nastoəhee vremə") məlumat yayıb. Bildirilir ki, federal məlumat bazasına daxil etmək üçün onlardan “genomik məlumat materialı götürülüb”. Təhlükəsizlik qüvvələri iri supermarketlər şəbəkəsinin paylama mərkəzini, ağac emalı bazasını və istehsal-logistika kompleksini yoxlayıb. Rusiya Federasiyası daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovonun sözlərinə görə, hazırda Rusiyada xarici vətəndaşlığı olan 6,174 milyon insan var. Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarus, Ukrayna, Ermənistan, Azərbaycan, Qazaxıstan, Çin və Türkmənistan Rusiya Federasiyasında yaşayan vətəndaşlarının sayına görə ilk on ölkə sırasındadır.
Milli Məclisin deputatı və "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov "Sherg.az"a açıqlamasında qeyd etdi ki, Rusiya tərəfi artıq xeyli vaxtdır faktiki olaraq bəyan edib ki, ölkə ərazisində yaşayan və əməklə məşğul olan miqrantların reyestrini yaradır. Və bu reyestrdə qeydiyyatda olan miqrantların bir çox məsələlərdə hüquqları məhdudlaşdırılır:
- Məsələn, hansısa müqavilələrin, nikahların bağlanması, iş icazələrinin alınması və sair məsələlərdə onlar ciddi məhdudiyyətlərlə üzləşməli olacaqlar. Çünki faktiki olaraq Rusiya hökuməti açıq tekstlə bəyan edir ki, qeyri-qanuni miqrasiya ilə mübarizəni ön plana çəkərək müxtəlif məhdudiyyətlər tətbiq etməklə miqrasiya qaydalarını sərtləşdirməyə çalışır. Və burada əsas məqsəd ölkə ərazisində qeyri-qanuni miqrantların sayının azalmasına nail olmaqdır. Məhdudiyyətlərin tətbiqi, miqrasiya sahəsində yeni qaydaların qüvvəyə minməsi qeyri-qanuni miqrasiyanın azalmasına gətirib çıxaracaq. Miqrantlar da yaxşı başa düşür ki, Rusiya hər nə qədər böyük ölkə olsa da, ölkənin bəzi ərazilərində dövlət nəzarəti zəif olsa da, ümumi siyasət və yanaşma daha ciddi nəzarət mexanizmlərinin tətbiqi ilə bağlıdır. Federal məlumat bazasının yaradılması, miqrantlarla bağlı genetik informasiyaların bu bazaya daxil edilməsi, sonrakı mərhələdə ümumi siyasətin əldə olunan nəticələrə uyğun aparılmasına hesablanıb. Bu onu göstərir ki, Rusiya hökuməti miqrasiya qaydalarının sərtləşməsində israrlıdır. Bu, müəyyən mənada, “aşağı-yuxarı” insan hüquqlarının pozulması kimi qiymətləndirilir beynəlxalq təşkilatlar tərəfindən. Amma bu da həqiqətdir ki, qeyri-qanuni miqrasiya ilə mübarizə, bəlkə, daha sərt davranışlar tələb edir və Rusiya hökuməti də bunda israrlıdır.
A.Allahverənov bildirdi ki, hazırda Rusiya ərazisində 6 milyondan çox miqrantın yaşaması barədə məlumatlar var:
- Hətta bu rəqəmdən kənar ölkə ərazisində qeyri-qanuni yaşayan miqrantların sayının daha çox olması haqqında məlumatlar da var. Siyasi elitada səslənən rəqəmlər 2 milyondan 4 milyona qədərdir. Yəni qeyri-qanuni miqrantların sayının 2-4 milyon arası olduğu bildirilir. Keçirilən reydlər də göstərir ki, sənədi düz olmayan, saxta tibbi arayış, saxta sənədlərlə öz varlığını təmin edən şəxslər var və bu, çox ciddi qanun pozuntusudur. Rusiya hökuməti qanunsuz miqrasiya ilə daha çevik mübarizə aparmaq istəyir. Reyestr siyahısı da məhz bu mübarizənin daha effektiv icrasını təmin etmiş olur, hələlik bir seqment üzərində. Digər seqmentlərlə bağlı da iş aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət