
Ekspert: Velosiped sürənlərin əksəriyyətinin yol hərəkəti qaydalarından anlayışı yoxdur
10:20 04.11.2024
Cəmiyyət
464
Bakıda velosiped kirayəsi xidmətinin tətbiqinə bu ilin 24 avqust tarixindən başlanılıb.
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təşkil etdiyi ictimai dinləmədə qurumun mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov deyib.
O bildirib ki, indiyə qədər kirayə edilmiş velosipedlərlə 140 min kilometrə yaxın sürüş olub:
"Bu vaxta qədər 2056 velosiped kirayəyə götürülüb. Velosiped kirayəsi üçün gündəlik 650 sifariş olur. Gündəlik müraciət edən sürücü sayı 300-305 şəxs olur. Velosipedlərin kirayəsi üçün bu vaxta qədər 30128 qeydiyyat olub".
Bəs velosipedlərlə bağlı vəziyyət nə yerdədir? İnsanlar düzgün şəkildə istifadə edə bilirlərmi?
Sualımızı cavablandıran Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, velosipedlərlə bağlı vəziyyət heç də yaxşı deyil:

“İnsanlar velosipedi ya icarəyə götürür, ya da özlərinin şəxsi velosipedi ilə ciddi qayda pozuntusu törədirlər. Bu bizi narahat edir. İstəməzdim ki, ortaya bu cür mənzərə çıxsın. Təəssüf ki, belə hallar yaşanmaqdadır. Ümumi problemin qabarıq şəkildə görünməsinin səbəbi var. Çünki onların böyük əksəriyyətinin yol hərəkəti qaydalarından anlayışı yoxdur. Bəziləri fikirləşir ki, velosiped sürürsə, hər şey olar. Yəni velosipedə məsuliyyət yoxdur kimi düşüncələri var. Ancaq nəzərə almaq lazımdır ki, velosipedçinin də, skuter sürənin də, yoldan mal qara keçirənin də, motosiklet sürənin də, piyadanın və digər sürücülərin də müəyyən edilmiş qaydada məsuliyyəti var. Bu məsuliyyəti hər kəs dərk etməli və ona uyğun hərəkət etməlidir. Velosipedlər səkilərdə hərəkət edir və insanları ciddi şəkildə narahat edirlər. Ümid edirəm ki, problemlərin həlli üçün nəzarət tədbirləri gücləndiriləcək. Çünki nəzarət olmayanda bu cür mənzərə ortaya çıxır. Lakin biz belə hal istəmirik. Velosipedlərlə bağlı stimullaşdırıcı addımlar atıldı, onlar üçün zolaqlar çəkildi. Ancaq belə vəziyyətin ortaya çıxması yaxşı hal deyil. Bu şəkildə velosiped sürənləri qəbul edə bilmərik. Həm də burada ölüm riski var. Bu il əvvəlki il ilə müqayisədə velosipedlə qəzaya düşən və ölən insanların sayı artıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət